Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:08

Köçkünlər: 'Prezidentin ləğv elədiyi borc yenidən tələb olunur'


"Azəriqaz"ın sayğacı
"Azəriqaz"ın sayğacı

"3 gündür ki, bizdən köhnə borclar tələb olunur. Qəsəbəyə gələn ana qaz xəttini kəsiblər. Halbuki, bu ilin əvvəli prezident köhnə borcların silinməsiylə bağlı sərəncam vermişdi".

Bərdənin Təhlə kəndinə yaxın ərazidəki 195 evdən ibarət köçkün qəsəbəsinə qaz verilişi dayandırılıb. Köçkün Babək Orucov AzadlıqRadiosu-na danışır ki, 3 gündür Ağcabədi rayon qaz idarəsinin işçiləri qapı-qapı düşərək köçkünlərdən 2013-2016-cı illərin borclarını tələb edirlər:

Buna da bax:​ Laçın köçkünü: 'Bizdən əvvəl buralar heyvan yataqları olub...'

195 EV QAZSIZ QALIB

"Yanvardan bu tərəfə hamı borcunu vaxtlı-vaxtında ödəyir. Demək olar ki, heç kəsin qaz sərfiyyatına görə borcu yoxdur. Ancaq qaz idarəsinin işçiləri bizdən əvvəlki illərin borclarını tələb edirlər. Deyirlər, borclar qəpiyinədək ödənməsə, qəsəbəyə qaz verilişi bərpa olunmayacaq".

Köçkün Məsud Balayev deyir, qaz verilişi bərpa olunmasa, aksiyalara başlayacaqlar:

"Gəliblər ki, ‘köhnə borcu ver’, deyirəm, ‘prezident sildi o borcu’... Deyir, ‘prezident nə deyib, nə deməyib, bilmirəm, mən borcu yığmasam, işdən qovulacam. Ya borcu ver, ya da qaz olmayacaq’. 3 gündür ki, 195 ev qazsız qalıb. Bu, 195 ailənin etirazı deməkdir, 195 ailənin küçələrə tökülməsi deməkdir. Neyləyək, yolları kəsək, Əli Həsənovu tələb edək, gəlsin qazı açdırsın?"

Buna da bax: Məhkəmələr köçkünləri zəbt olunmuş evlərdən çıxarır

“HƏR BİRİNİN SAYĞACI VAR”

Ağcabədi rayon qaz idarəsi isə köçkünlərin dedikləri ilə razılaşmır. İdarədən bildirilib ki, köçkünlər prezidentin 17 fevral 2017-ci il tarixli fərmanına arxayın olublar:

"Halbuki, həmin fərman yalnız yataqxana, pansionat və digər inzibati binalarda sıx məskunlaşmış və məskunlaşdığı otağa sayğac quraşdırılması mümkün olmayan köçkünlərə aiddir. O köçkünlərin 1 yanvar 2017-ci ilədək olan borcları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilir. Bu köçkünlərinsə fərdi evləri və hər birinin sayğacı var".

Buna da bax:​ Veyislidəki köçkünlər suyu pulla alır

Qaz idarəsindən bildirilib ki, Təhlə kəndi yaxınlığındakı köçkün qəsəbəsindən köhnə borcun tələb olunması qanunidir.

XS
SM
MD
LG