Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Berdımuxammedovu da ‘yıxıb-sürüyən’ jurnalist tapıldı


Soltan Açilova
Soltan Açilova

71 yaşlı türkmən jurnalist Soltan Açilova ölkəsinin avtoritar prezidenti Qurbanqulı Berdımuxammedovu kəskin tənqid edib.

Bu da xüsusilə vurğulanmalıdır ki, prezidenti və onun hökumətini YouTube kanalında tənqid edən xanım Açilova xaricdə yox, paytaxt Aşqabadda yaşayır.

O videomüraciətində prezidenti qış aylarında sakinləri istilik və içməli su ilə təchiz edə bilməməkdə ittiham edir.

Fevralın 18-də etdiyi videomüraciətdə Açilova bildirir ki, Berdımuxammedova “hörmətli” sözü ilə müraciət etməyəcək,” çünki o milyonlarla türkmənin hörmətini artıq çoxdan itirib”.

“At çapıb mahnı oxumağın qayğısına qalırsınız...”

Vaxtilə AzadlıqRadiosunun müxbiri olmuş jurnalistin bu çıxışı şəxsiyyətə pərəstişin meydan suladığı Türkmənistanda nadir hadisədir:

"Siz həmişə deyirsiniz ki, əsas məqsədiniz xalqın qayğısına qalmaqdır. Amma əslində siz özünüzə mədhiyyələr oxunması, at çapmaq, ötüş maşınları sürmək, göldə üzmək, balıq tutmaq və mahnı oxumaq kimi şeylərin qayğısına qalırsınız”.

Açilova yazır ki, onun evindəki istilik sistemi bu qış bir neçə dəfə dayandırılıb. Jurnalist bunu özünün peşə fəaliyyətinə görə cəzalandırılması kimi qiymətləndirir.

Ötən ay Açilova dünyanın ən repressiv ölkələrinin birindən reportajlar verdiyinə görə İnsan Haqlarının Müdafiəçiləri üçün Martin Ennals mükafatına layiq görülüb.

Məktub yetişmədi

Açilova videomüraciətində deyir ki, onun Berdımuxammedova ünvanladığı 7 məktub poçt idarəsindən geri qaytarılıb.

Poçt işçiləri bunu sistemdəki nasazlıqlarla izah etməyə çalışıblar.

Amma Açilova bildirir ki, onun iki məktubu bilərəkdən məhv edilib.

Jurnalist prezidenti habelə adi insanları normal ərzaqla təmin edə bilməməkdə, maaş və pensiyaların son dərəcə aşağı olmasında ittiham edib:

"Xaricdə yaşayan türkmən soydaşlarımız sizin istefanızı tələb edən bir neçə etiraz aksiyaları keçiriblər. Biz də bu etirazlara qoşulur və vəzifənizin öhdəsindən gələ bilmədiyinizə görə istefanızı tələb edirik. Biz əzab çəkirik, amma bu, sizin heç vecinizə də deyil. Sizin qadir olduğunuz yeganə şey evlərimizi xaraba qoymaq və xalqa zülm etməkdir”.

Soltan Açilova hazırda Vyanada mənzillənmiş “Xronika Turkmenistana” müstəqil portalının ştatdankənar müxbiridir.

Jurnalist bundan əvvəl də hökumətin repressiya və təqiblərinə məruz qalıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG