Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:36

Azərbaycana xaricdən idxal olunan «AI-95 Premium» markalı benzinin qiymətində artım baş verib.

Artıq bəzi yanacaqdoldurma məntəqələrində yeni qiymətlər tablolara vurulub.

«AI-95 Premium» markalı benzinin yeni qiyməti 1.05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN idi.

Qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi «AI-92» markalı benzinə şamil edilməyib. «AI-92» markalı benzinin qiyməti 70 qəpik qalmaqdadır. Onun qiymətini Tarif Şurası tənzimləyir.

«AI-95 Premium» markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG