Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

SOCAR benzinin bahalaşmasına münasibət bildirib


Yanacaqdoldurma məntəqəsi. 2018
Yanacaqdoldurma məntəqəsi. 2018

""Premium" və "Super" markalı benzin Azərbaycana idxal olduqları üçün onların qiymətləri beynəlxalq qiymətdən asılıdır".

Bunu "Turan"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov bildirib. O qeyd edib ki, dünyada neftin və neft məhsullarının qiymətləri artdıqca, Azərbaycanda da benzin növlərinin qiymətləri artır: "Dünyada bu növ neft məhsullarının qiymətləri azaldıqca, Azərbaycanda da azalır. Məsələn, pandemiyadan əvvəl "Premium" benzinin hər litri üçün qiyməti 1.50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm hər litr üçün 1.10-1.20 manata, sonra 1.25 manata olub. İndi isə bu benzin markasının hər litri 1.40 manata yüksəlib".

İ.Əhmədovun sözlərinə görə, bu benzin növlərinin qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdır. SOCAR rəsmisi habelə bildirib ki, Aİ-92 və dizel yanacağı ümumi istehlakın 90 faizini təşkil edir: "Bu yanacaq növləri Azərbaycanda istehsal olduğu üçün qiymətləri dövlət tərəfindən tənzimlənir. Gələcəkdə 2022-ci ildən sonra, SOCAR-ın Heydər Əliyev Adına Neft Emalı Zavodunun modernizasiyanın hazırkı mərhələsi başa çatdıqdan sonra Azərbaycanda da Aİ-95 markalı benzinin istehsalı mümkün olacaq. Bundan sonra biz artıq bu yanacaq növünün idxalından asılı olmayacağıq və onun qiyməti də Azərbaycan dövlətinin müəyyən etdiyi qiymətlə tənzimlənəcək".

'Qiymətlər qalxacaq' - İqtisadçılar xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Benzinin qiyməti qalxdı

Azərbaycanda benzinin qiyməti bahalaşıb.

Bu gün, iyunun 2-dən Aİ-95 "premium" markalı benzinin qiymətinin 1.40 AZN olduğu bildirilir. Buna qədər Aİ-95 1.25 AZN idi.

Aİ-95 "premium" markalı benzin Azərbaycanda istehsal edilmir, o, ölkəyə idxal edilir. Onun qiymətini də Azərbaycan Tarif Şurası tənzimləmir.

Bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı.

Bəzi iqtisadçılar ölkənin Aİ-95 "premium" və "super" markalı benzinlərlə bağlı idxaldan asılı olmasına görə hökuməti tənqid edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG