Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

İsrail baş nazirinə qarşı korrupsiya ittihamları hazırlanır


Benjamin Netanyahu
Benjamin Netanyahu

Fevralın 28-də İsrail televiziyası bildirib ki, ölkənin baş prokuroru davam edən üç korrupsiya işi üzrə baş nazir Benjamin Netanyahuya qarşı rəsmi ittihamlar irəli sürməyi planlaşdırır.

Telekanal Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Netanyahuya qarşı ittihamlara rüşvət, fırıldaq və səlahiyyətlərin aşılması daxildir, lakin ittihamların konkretləşdirilməsi baş nazirin icbari iştirak edəcəyi dinləmədə məlum olacaq.

Belə bir dinləmənin İsraildə aprelin 9-da keçiriləcək ümumi seçkidən sonra yer alacağı gözlənilir. Bu seçkidə Netanyahu 4-cü müddətə baş nazir olmağa çalışır.

Netanyahunun Likud partiyası bildirib ki, baş nazir ittiham xəbərləri ilə bağlı fevralın 28-də bəyanat verəcək.

Bundan bir gün əvvəl Ali Məhkəmə Likud Partiyasının ittihamlarla bağlı petisyasını rədd edib. Partiya bu petisiyada baş prokuror Avichai Mandelbiltin ittihamları elan etməsinin qarşısının alınmasını istəyirdi. Partiya iddia edirdi ki, bu, “seçki prosesinə açıq müdaxilədir”.

Hüquq-mühafizə orqanları Netanyahuya qarşı üç müxtəlif cinayət işi üzrə ittihamlar irəli sürülməsini tövsiyə edib.

Bu ittihamlardan birinə görə rəğbətli media dəstəyinin müqabilində Bezeq telekommunikasiya şirkətinin mənfəətləndirilməsinə əl atılıb.

İkinci iş üzrə ittihamda deyilir ki, baş nazir Yediot Aharanot qəzetin naşirinə bu qəzetin rəqibi olan məcmuənin imkanlarını məhdudlaşdıran qanunvericilik aktının qəbulunu təklif edib. Bunun müqabilində Yediot Aharanot baş nazir və onun partiyası barədə rəğbətli reportajlar dərc etməli idi.

Fevralın 27-də baş nazirin sözçüsü ittihamları “axmaq” və “absurd” adlandırıb.

69 yaşlı Netanyahu iki dəfə baş nazir olub. O 1996-1999-cu illərdə və 2009-cu ildən bəri hökumətə başçılıq edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG