Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:32

Bellingcat: ‘Noviçok şübhəliləri’ 2009-cu ilədək ‘mövcud olmayıblar’


Ruslan Boshirov (solda) və Aleksandr Petrov
Ruslan Boshirov (solda) və Aleksandr Petrov

Bellingcat müstəqil təhqiqatlar təşkilatının araşdırdığı Rusiya sənədləri keçmiş casus Skripalı zəhərləməkdə ittiham olunan iki nəfərin 2009-cu ilədək heç bir sənədlərdə qeydiyyatı olmadığını göstərir.

Bu o deməkdir ki, “Noviçok” şübhəliləri Ruslan Boshirov və Aleksandr Petrov real şəxsiyyətlər kimi 2009-cu ilədək mövcud olmayıblar. Lakin bu həm də o demək ola bilər ki, bu adamlar məxfi agent və ya hökumət əməliyyatçılarıdır.

Bellingcat sentyabrın 14-də bəyan edib ki, onun The Insider Russia qrupu ilə birlikdə apardığı araşdırmanın nəticəsi Kremlin Boshirov və Petrovun İngiltərənin Solsberi şəhərinə turist kimi getmiş adi vətəndaşlar olması barədə iddiasının doğru olmadığını göstərir.

Bellingcat bunu da bildirir ki, bu iki nəfərə 2009-cu ildə adlı-soyadlı daxili pasportlar verilsə də, həmin ildən əvvəl onların adına heç bir sənəd yoxdur.

Təhqiqatçıların fikrincə bu onu göstərir ki, Boshirov və Petrov adları Rusiya xüsusi xidmətlərinin iki əməkdaşına onların kimliyinin gizlədilməsi üçün verilib:

"Maraqlıdır ki, bu iki şəxsdən birinə aid pasport sənədlərində “tamamilə məxfi” qrifi var. Bellingcat-in məşvərətçisi olmuş mənbələrin dediyinə görə belə qriflərdən məxfi xidmətlərin və dövlət əməliyyatçılarının sənədlərində istifadə olunur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG