Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:50

‘Noviçok şübhəlisinin’ əslində Rusiya polkovniki Chepiga olduğu bildirilir


Ruslan Boshirov adı ilə tanınan şübhəli
Ruslan Boshirov adı ilə tanınan şübhəli

Britaniyanın Solsberi şəhərində keçmiş Rusiya casusu Sergei Skripalı zəhərləməkdə ittiham edilən iki rusiyalıdan birinin həqiqi kimliyinin məlum olduğu bildirilir. Təhqiqat saytı Bellingcat bildirib ki, bu şəxs əslində Rusiya polkovniki Anatoli Chepiga-dır.

Bu ayın əvvəllərində Britaniya prokurorları iki rusiyalı - Ruslan Boshirov və Aleksandr Petrov barəsində Skripal və onun qızına qarşı Noviçok kimi tanınan kimyəvi zəhərlə qətlə qəsd ittihamı irəli sürüblər.

Britaniya bunu da bildirir ki, bu iki nəfər Rusiya hərbi kəşfiyyatı - GRU-nun məxfi agentləridir.

Kəşfiyyat məsələlərini araşdıran Bellingcat bildirir ki, təhqiqat partnyoru Insider-lə birlikdə Ruslan Boshirov kimi tanınan şəxsin əslində Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki Anatoly Chepiga olduğunu müəyyənləşdirə bilib.

Britaniya rəsmiləri hələlik bu bəyanata münasibət bildirməyiblər.

Chepiga-nın vaxtilə Çeçenistanda xidmət etdiyi və Rusiyanın ən yüksək mükafatı olan Rusiya Federasiyasının Qəhrəmanı medalı ilə təltif olunduğu bildirilir. Bu mükafatı Rusiya prezidenti Vladimir Putin şəxsən verir. Bellingcat bildirir ki, Chepiga-nın şəxsiyyəti onu tanıyan mənbələr tərəfindən təsdiq olunur.

Ötən həftə Bellingcat xəbər verirdi ki, iki şübhəlinin Rusiya Baş Kəşfiyyat İdarəsi ilə bağlılığını aşkar edib.

O bunu “iki şəxsdən azı biri ilə tanış mənbələrdən alınmış məlumatla” əldə etdiyini bildirirdi.

Bellingcat bunu da qeyd edirdi ki, Boshirov və Petrov çox güman bu şəxsin əsl adları yox, ayamasıdır.

Bu adamlar 2009-cu ilədək "mövcud olmayıblar"

Bellingcat sentyabrın 14-də bildirmişdi ki, araşdırdığı Rusiya sənədləri keçmiş casus Skripalı zəhərləməkdə ittiham olunan iki nəfərin 2009-cu ilədək heç bir sənədlərdə qeydiyyatı olmadığını göstərir.

Bu o deməkdir ki, “Noviçok” şübhəliləri Ruslan Boshirov və Aleksandr Petrov real şəxsiyyətlər kimi 2009-cu ilədək mövcud olmayıblar. Lakin bu həm də o demək ola bilər ki, bu adamlar məxfi agent və ya hökumət əməliyyatçılarıdır.

Bellingcat sentyabrın 14-də bəyan edib ki, onun The Insider Russia qrupu ilə birlikdə apardığı araşdırmanın nəticəsi Kremlin Boshirov və Petrovun İngiltərənin Solsberi şəhərinə turist kimi getmiş adi vətəndaşlar olması barədə iddiasının doğru olmadığını göstərir.

Bellingcat bunu da bildirir ki, bu iki nəfərə 2009-cu ildə adlı-soyadlı daxili pasportlar verilsə də, həmin ildən əvvəl onların adına heç bir sənəd yoxdur.

Təhqiqatçıların fikrincə bu onu göstərir ki, Boshirov və Petrov adları Rusiya xüsusi xidmətlərinin iki əməkdaşına onların kimliyinin gizlədilməsi üçün verilib:

"Maraqlıdır ki, bu iki şəxsdən birinə aid pasport sənədlərində “tamamilə məxfi” qrifi var. Bellingcat-in məşvərətçisi olmuş mənbələrin dediyinə görə belə qriflərdən məxfi xidmətlərin və dövlət əməliyyatçılarının sənədlərində istifadə olunur”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG