Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Yanvar, bazar, Bakı vaxtı 00:37

Bələdiyyə seçkilərinə yekun vuruldu


MSK sədri Məzahir Pənahov

Bu gün, yanvarın 11-də Mərkəzi Seçki Komissiyası (MSK) ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri ölkə üzrə 5049 seçki məntəqəsində keçirilib: "Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan rayonlarını əhatə edən 7 seçki dairəsi istisna olmaqla 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməli idi. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72 faiz faiz olub... ”.

Seçkinin yekunları ilə bağlı protokol layihəsi barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilib

Sənəddə bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 9 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 39 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması əksini tapıb. Vurğulanıb ki, sənəddə yol verdiyi nöqsanlara görə, 12 məntəqə seçki komissiyası buraxılıb.

Müzakirələrdən sonra MSK-nın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı qəbul edilib.Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq edib.

Xatırlatma

2019-cu il dekabrın 23-də Azərbaycanda sayca 5-ci bələdiyyə seçkiləri keçirilib.Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə gerçəkləşib. Müxalifətdən bəzi qüvvələr bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Onlar hesab edir ki, Azərbaycanda həm azad seçkilərdən ötrü şərait yoxdur, həm də bələdiyyələrin statusları yetərli deyil.

Rəsmilər onların fikirlərini qəbul etmirlər.Bu bələdiyyə seçkilərindən sonra ölkənin bir neçə bölgələrində nəticələrlə bağlı etirazlar olub.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG