Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:14

Belçikada ‘radikallaşmış terrorçu’ üç nəfəri güllələyərək öldürüb


Polis xəfiyyələri hadisə yerini araşdırırlar
Polis xəfiyyələri hadisə yerini araşdırırlar

Mayın 29-da Belçikanın Lyej şəhərində silahlı şəxs iki polis zabitini və başqa bir adamı güllələyərək öldürüb. Rəsmilər “radikallaşmış tənha canavar” tərəfindən törədilmiş bu hadisəni terror aktı adlandırıblar. Qətlləri törədən şəxs həbsxanadan yenicə azad olunmuşdu.

RTFB ictimai telekanalı hücumun ardınca başından güllə ilə vurularaq öldürülmüş şübhəlinuin 36 yaşlı “xirda cinayətkar və narkodiler” olduğunu xəbər verib.

Belçika millət vəkillərindən biri deyib ki, antiterror polisinin müşahidə siyahısında olan bu şəxs həbsxanada radikallaşıb və İslamı da burada qəbul etdiyi düşünülür. Buna görə də onun həbsxanadan buraxılması və nəzarətsiz qalması çoxsaylı suallar doğurub.

Prokurorlar deyirlər ki, silahlı şəxs atışmadan sonra Lyejin mərkəzindəki hadisə yerindən qaçıb və bu zaman yaxınlıqdakı məktəbin xadiməsini girov götürüb. O bunun ardınca keçirilən əməliyyat zamanı öldürülüb.

Lyej Polis İdarəsinin rəisi Christian Beaupere deyib ki, “silahlının məqsədi polisə, başqa sözlərlə təsisata, Belçika dövlətinə ziyan vurmaq olub”.

Hadisə zamanı dörd polis yaralanıb və onlardan üçü hələ də xəstəxanadadır.

Hücum edən polislərə iki xidməti tapançadan atəş açırmış. O bu silahları öldürdüyü iki polis zabitinin üstündən götürmüşdü. Hər tapançada 17 güllə vardı.

Belçika Federal Prokurorluğunun sözçüsü Eric Van Der Sypt deyib ki, hadisənin “terror aktı olduğunu göstərən əlamətlər var”.

Belçika polisi və hərbiyyəsi bu ölkədə 2016-cı ildə törədilmiş aeroport və metro partlayışlarından bəri döyüş hazırlığı vəziyyətində saxlanır. Həmin aktlarda 32 nəfər həlak olmuşdu.

O hücumlara görə məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist təşkilatı götürmüşdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG