Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Belarusun yeni gerbində Rusiyanın yeri azalacaq


Belarus Ədliyyə Nazirliyi dövlət rəmzləri barədə qanuna düzəlişləri təqdim edib.

Bu düzəlişlərdə dövlət gerbinə də dəyişiklik edilməsi nəzərdə tutulur.

Müəlliflərin fikrincə, yeni gerb “daha az davakar” olmalı və onda Rusiyaya daha az yer verilməlidir.

Ədliyyə Nazirliyinin “texniki” adlandırdığı bu dəyişikliklər üzərində prezident yanında Geraldika Şurası işləyib.

Ədliyyə naziri deyir ki, hazırkı gerbin ulduzu bir qədər “aqressiv” görünür, amma Belarus Respublikası “sülhsevər dövlətdir, neytrallığını saxlayır və təcavüzü özünün siyasət vasitəsi hesab etmir”.

Bunlardan başqa təzə gerbdə Yer kürəsinə də düzəliş edilir. Hazırda Yerin gerbdə görünən hissəsində Rusiya əsas yeri tutur. Burada Finlandiya və Skandinaviya ölkələrini də görmək olar.

Gerbin yeni versiyasındakı Yer kürəsində Avropa ölkələrinə daha geniş məkan verilib.

Belarusun indiki və gələcək gerbləri
Belarusun indiki və gələcək gerbləri

Belarusun indiki gerbi 1995-ci ildə Alyaksandr Lukashenka-nın keçirdiyi referendumda qəbul edilib.

Bundan əvvəl Belarusun gerbi kimi Böyük Litva Knyazlığında qəbul edilmiş “Poqonya” emblemi seçilmişdi.

Poqonya
Poqonya

Poqonya 1918-1940-cı illərdə Litva Respublikasının,1918-cin ildə müstəqil Belarus Xalq Respublikasının gerbi olub.

Belarus SSRİ 1991-ci ildə dağılandan 1995-ci ilə qədər də Poqonyanı gerb seçmişdi.

Hazırda bu gerbdən yalnız Belarus müxalifətinin bir hissəsi və 1919-cü ildən sürgündə olan Belarus Xalq Radası istifadə edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG