Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:22

Belarus və ukraynalılara Rusiya pasportları verilməsi təklif olunur


Konstantin Zatulin
Konstantin Zatulin

Rusiyada Dövlət Dumasına təqdim olunmuş “repatriasiya qanunu” layihəsinə əsasən Ukrayna və Belarusun vətəndaşlarına Rusiya vətəndaşlığı verilə bilər.

Qanunvericilik təşəbbüsünün müəllifləri bildirirlər ki, bu qanuna görə mövcud vətəndaşlıqdan imtina edilməsi və ya vaxtilə Rusiyada yaşamış qohumun olması mühüm deyil.

Qanun layihəsi Dövlət Dumasının rəsmi saytında dərc edilib.

Qanun layihəsinin mətni “rusiyalı soydaşların daimi yaşamaq üçün tarixi vətənlərinə - Rusiya Federasiyasına qayıtmalarını” ehtiva edir.

Layihə müəllifləri bildirirlər ki, bu qaydada repatriasiya “vətənə dönüş” Konstitusiyanın 69-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulub.

Yenə də Zatulin

Təklifi verən millət vəkillərinin fikrincə bu qanun “ümumrusiya mədəni irsinin qorunub saxlanmasını” və ilk növbədə qanunları rusiyalı soydaşların milli hüquq və maraqlarının həyata keçirilməsinə əngəl törədən ölkələrdə yaşayanların “assimilyasiyasının” qarşısını almalıdır.

Layihə müəlliflərindən biri də Dövlət Dumasının MDB işləri, avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulindir.

O RIA xəbər agentliyinə müsahibəsində deyib ki, əgər ukraynalılar və belaruslar “özlərini rusiyalı soydaşlar kimi identifikasiya etmək istəyirlərsə, belə halda biz bunları tanımaqdan imtina etməməliyik”.

Agentlik əlavə edir ki, qanun layihəsi üzərində MDB ölkələri institutunun direktor müavini Aleksandra Dokuçayevanın rəhbərliyi ilə ekspertlər qrupu işləyib.

Putinin “ağrılı yeri”

Zatulinin sözlərinə görə qanun layihəsinə Dövlət Dumasının artıq yeni heyəti baxacaq.

Onun fikrincə bu qanunun həyata keçirilməsi Rusiyaya, ilk növbədə Ukraynadan milyonlarla həmvətən cəlb edə bilər.

Bir həftə bundan əvvəl Britaniya xarici kəşfiyyatı - MI6-nın rəhbəri Riçard Mur Kremlin məsuliyyətsiz hərəkətlərini tənqid edərkən Rusiyanı “obyektiv şəkildə iqtisadi və demoqrafik baxımdan tənəzzül edən dövlət” adlandırmış və bununla da Rusiya prezidenti Vladimir Putini hiddətləndirmişdi.

Rusiya prezidenti onu Britaniya və Rusiya arasında “yaxşı münasibətləri korlamamağa” çağırmışdı.

Rusiya əhalisi ötən il həqiqətən də 500 min nəfər azalıb.

Bu, son 15 ildə qeydə alınmış ilk belə azalmadır.

Ekspertlər bunu həm də pandemiya ölümləri ilə əlaqələndirirlər. Lakin bu prosesdə gənclərin ölkədən miqrasiyası və təbii artımın azalması böyük rol oynayır.

Putin bu prosesin əsas səbəbi kimi əhali gəlirlərinin az olmasını tənqid etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG