Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:55

Belarusların Avropa İttifaqına səfərləri sadələşdirilir


Belarus-Litva sərhədindən keçid

Avropa İttifaqına üzv olan 27 ölkənin səfirləri Belarus vətəndaşlarının blokun ərazisinə girişini asanlaşdıracaq və ucuzlaşdıracaq iki razılaşmanı qəbul ediblər.

Mayın 20-də qəbul edilmiş qərar mayın 26-da Avropa Şurası tərəfindən “avtomatik prosedurla” möhürlənəcək.

Razılaşmaların ən tezi iyul ayından qüvvəyə minəcəyi gözlənilir.

Brüssel və Minsk sözü gedən iki razılaşmanı ötən yanvarda imzalayıblar və sənədlər Belarus parlamenti tərəfindən ötən ay ratifikasiya edilib. Avropa Parlamenti razılaşmanı bu həftə təsdiqləyib.

Bu razılaşmalar qüvvəyə mindikdən sonra Belarus vətəndaşları Avropa İttifaqı ölkələrinə viza üçün indiki kimi 80 avro yox, 35 avro ödəcəyəklər və vizanın verilməsi barədə qərarın qəbul edilmə müddəti əhəmiyyətli şəkildə qısaldılacaq.

Jurnalistlər və tələbələr də daxil bir neçə kateqoriyadan olan şəxslərə daha uzun müddətə və çoxgirişli vizalar veriləcək.

Belarusla viza rejiminin yumşaldılması ona vizasız səfər icazəsi verilməsinin keçid addımıdır.

Artıq Moldova, Gürcüstan və Ukrayna vətəndaşları Avropa İttifaqına vizasız səfər edirlər.

Burda yeganə istisnanı İrlandiya Respublikası, habelə qeyri-ittifaq ölkələri olan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə təşkil edir.

XS
SM
MD
LG