Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Belarus: Etirazçılara alimlərdən, musiqiçilərdən və hətta polislərdən həmrəylik


Avqustun 13-də on minlərlə belarus prezident Alyaksandr Lukashenka-nın seçki qalibi elan olunmasına kütləvi etirazları davam etdirib.

Hakimiyyət belə görünür ki, ictimai hiddəti sakitləşdirmək məqsədilə avqustun 13-də 1000-dən çox saxlanmış etirazçını təcridxanalardan buraxıb.

Daxili işlər naziri Yuri Karayev etirazlarda iştirak etməsə də, “təsadüfən” polis tərəfindən zorakılığa məruz qalanlardan üzrxahlıq edib.

Lukashenka-nın daha bir müttfəiqi – Milli Dövlət Şurasının sədri Natalya Kochanova deyib ki, prezident adamların saxlanmasının təcili qaydada araşdırılmasını əmr edib.

Beşinci gündür ki, Belarusun demək olar bütün şəhərlərində davam edən etirazlar zamanı polis insanlara qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, səs qumbaralarından, rezin güllələrdən və Brestdə baş vermiş bir epizodda döyüş güllərlərindən istifadə edib.

6000 minədək şəxs hələ də təcridxanalarda saxlanır. Bir çox saxlananların təcridxanalarda zorakılığa və işgəncələrə məruz qaldığına dair məlumatlar var.

Bu arada Belarus hökumətinin üzərinə beynəlxalq təzyiqlər də artmaqdadır.

Avqustun 13-də BMT insan haqları ekspertlərinin bir qrupunun Belarus polisinin zorakılığını pisləyən bəyanatı yayılıb.

Bu bəyanatda hakimiyyət orqanlarına ictimaiyyətin geniş forumu ilə dialoqa başlamaq çağırışı edilir.

Ölkə boyunca iri dövlət sənaye müəssisələrində - zavod və fabriklərdə tətil elan olunub.

Xorla “Qadir Allah” oxuyublar

Belarusun müxtəlif yerlərində adamlar etirazçılarla həmrəy olduqlarını bildirirlər.

Minskdəki 1 nömrəli Mərkəzi Xəstəxananın işçiləri əllərində çiçək dəstələri ilə etirazçılarla həmrəylik ifadə ediblər.

Belarus Dövlət Simfonik Cəmiyyətindən onlarca musiqiçi konsert sarayının qarşısına toplaşaraq “Qadir Allah” mahnısını oxuyub.

Onlardan bəzilərinin əllərində üzərində “Mənim səsim oğurlanıb” yazılmış plakatlar vardı.

Belarusun bir sıra olimpiya çempionları sosial şəbəkələrdə etirazçılara qarşı qəddar rəftar etmiş hakimiyyətin hərəkətlərini pisləyən postlar yazıblar.

Texnoloji şirkətlərin 700-dək rəhbəri və investoru təkrar olaraq “açıq və ədalətli” seçki çağırılmasını tələb edən petisiya imzalayıb.

Belarus Jurnalistlər İttifaqı bildirir ki, 23-dək jurnalist hələ də təcridxanalarda saxlanır.

Rusiyalı rejissor Vladimir Spivakov Lukashenka tərəfindən ona verilmiş ən yüksək Belarus mükafatını – Fransisk Skarina ordenini geri qaytarıb.

Bu da xəbər verilir ki, avqustun 11-dən bəri Belarus dövlət telekanallarının onlarca aparıcısı və müxbiri etirazçılarla həmrəy olduqlarını bildirmək üçün vəzifələrini tərk ediblər.

Bunların arasında Volha Bahatyrevich, Uladzimer Burko, Vera Karetnikava, Yauhen Perlin, Syarhey Kazlovich, Tatsyana Barodkina və Andrey Makayonak kimi tanınmış şəxslər var.

Bəzi polis zabitləri “xəcalət” çəkdiklərini bildiriblər

Bəzi polis zabitləri və xüsusi təyinatlı polis dəstəsinin (OMON) üzvləri sosial media vasitəsilə zorakılıqlara etiraz olaraq uniformalarını yandırdıqlarını və tulladıqlarını göstərən postlar dərc ediblər.

Onlar bu postlarda hakimiyyətin divantutma əməliyyatlarında iştirakçı olduqlarına görə xəcalət çəkdiklərini etiraf edirlər.

Müxalifətin NEXTA Telegram kanalı istefa verən onlarca polisin postlarını paylaşıb.

Bu arada avqustun 11-də Novapolatsk şəhərində polisdən istefa etdiyini elan edən və polis zorakılığını pisləyən bir zabit icazəsiz aksiyaların təşkilatçısı kimi məhkəmə önünə çıxarılsa da onun barəsində cinayət işinə dərhal xitam verilib.

Bəzi polis zabitlərinin istefadan sonra ölkədən qaçmağa məcbur olduqları xəbər verilir.

Belarusun 1000-dən çox alim və araşdırmaçısı nümayişçilərə qarşı zorakılığa etiraz bildiriblər və bütün saxlananların azad edilməsinə çağırıblar.

Bəzi başqa məlumatlara görə avqustun 13-də Bobruysk şəhərindəki 2 nömrəli kolonun məhbusları prezident seçkisinin nəticələrinə etiraz edərək qiyam qaldırıblar.

Rusiyanın Xarici İşlər Nazirliyi nəhayət etirazların 5-ci günündə Belarusda baş verənlərə münasibət bildirib.

Rusiya XİN-in sözçüsü Maria Zakharova iddia edib ki, seçki etirazları xaricdən qızışdırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG