Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Lukashenka ölkəyə vizasız səfər müddətini 30 günədək uzadır


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Belarus ölkəyə vizasız səfər müddətini 5 gündən 30 günədək uzadıb. Minsk bildirir ki, bundan məqsəd ölkəyə daha çox turistin cəlb edilməsidir.

Avtoritar prezident Alyaksandr Lukashenka iyulun 24-də 39 Avropa ölkəsi də daxil 80 ölkədən Belarusa gələn qonaqların vizasız səfər müddətini 30 günə çatdıran fərman imzalayıb. Bura Birləşmiş Ştatlar, Avstraliya və Yaponiyadan gələn turistlər də daxildir.

Fərman qüvvəyə dərc edildikdən sonra minəcək.

Fərmanda deyilir ki, bu addımdan məqsəd Belarusun turizm sektorunun inkişaf etdirilməsidir.

Vizasız gəliş qaydası yalnız Minskin əsas hava limanına gəlib və buradan qayıdanlara şamil ediləcək.

Vizasız qayda Rusiyadan gələn və yaxud ora gedən şəxslərə aid olmayacaq, çünki iki ölkə arasındakı sərhəddə nəzarət-buraxılış sistemi yoxdur.

Belarus Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Ölkəyə 1994-cü ildən rəhbərlik edən Lukashenka Belarusda daxili etirazlara və fərqli düşüncəyə qarşı sərt mövqe tutur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG