Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:36

Belarus DTK-sı həbs etdiyi Ukrayna jurnalistinin casusluqda şübhəli olduğunu deyir


Pavlo Şaroyko

Belarusun Dövlət Təhlükəsizlik Komitəsi bildirib ki, həbs etdiyi Ukrayna jurnalisti casusluqda və hərbi kəşfiyyat agenti olmaqda şübhəli bilinir.

Noyabrın 20-də yaydığı bəyanatda Belarus DTK-sı bildirir ki, Pavlo Şaroyko oktyabrın 25-də həbs edilib.

Bu bəyanatdan üç gün əvvəl Ukrayna Milli Jurnalistlər Birliyinin başçısı Serhiy Tomilenko Şaroykonun UA agentliyinin müxbiri olduğunu demişdi.

Lakin Belarus DTK-sının bəyanatında deyilir ki, Şaroyko Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat bölümünün agentidir və jurnalist adından pərdə kimi istifadə edib.

Bəyanatda qeyd olunur ki, Şaroyko Belarusda bu ölkənin hərbi və siyasi sahələrində informasiya toplanması üçün gizli şəbəkə qurduğunu etiraf edib.

Şaroykonun həbs olunduğu barədə xəbəri ilk dəfə Ukrayna ictimai televiziyasının rəhbəri Zurab Alasaniya yaymışdı.

Belarusda mənzillənmiş Chareter97 insan haqları qrupu Şaroykoya istinadən bildirmişdi ki, o Belarusda həbs olunduqdan sonra yoxa çıxmış 19 yaşlı Ukrayna vətəndaşı Pavlo Hribin axtarışı ilə məşğuldur. Sonradan Hribin Rusiyada terrorizmlə bağlı ittihamlarla həbsxanada saxlandığı məlum olmuşdu.

Noyabrın 20-də Ukrayna Xarici İşlər Nazirlyinin konsul xidmətinin rəhbəri Vasil Kirilıç AzadlıqRadiosuna deyib ki, nazirlik media xəbərlərinə görə Belarusda həbs olunduğu deyilən başqa bir Ukrayna vətəndaşı – Oleksandr Skiba barədə rəsmi sorğu göndərib.

Xəbərlərə görə Ukraynanın şərqində fabrik direktoru olan Skiba noyabrın 15-də Minskə birgünlük ezamiyyəti zamanı yoxa çıxıb. O bir gün sonra arvadına zəng edərək Belarus DTK-sı tərəfindən həbs edildiyini bildirib.

Ukrayna səfirliyi Skibanın həbs səbəbləri ilə bağlı təcili izahat tələb edib. Kirilıç AzadlıqRadiosuna deyib ki, Belarus tərəfi sorğulara hələki cavab verməyib.

Dərin tarixi və mədəniyyət bağları olan iki slavyan ölkəsi – Ukrayna və Belarus arasında münasibətlər Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra gərginləşib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG