Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 14:11

Belorusun paytaxtında balta və motorlu mişarla silahlanmış 17 yaşlı gənc ticarət mərkəzində adamlara hücum edib, bir qadını öldürüb, digərini yaralayıb.

AzadlıqRadiosunun Belorus xidmətinin yaydığı məlumata görə, olay oktyabrın 8-də Minskin mərkəzindəki "Avropa" ticarət mərkəzində baş verib.

Gənc həbs edilib. Polis bildirir ki, kamera görüntülərini incələyərkən gəncin balta və elektrik mişarını gitara qabında gətirdiyi məlum olub.

46 yaşlı qadın sinəsindən və çiynindən balta zədələri alıb.

Hadisənin motivləri barədə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG