Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Belarusda üç rusiyayönlü jurnalistin məhkəməsi olub


Belarus məhkəməsi Rusiya xəbər agentliyi üçün işləyən üç ştatdankənar müxbiri “Belarusu kiçildən” məqalələr yazdıqlarına görə etnik ədavəti qızışdırmaq ittihamı ilə məhkum edib.

Minsk Şəhər Məhkəməsi fevralın 2-də Belarus vətəndaşları Yuri Paulavets, Dzmitri Alimkin və Syarhey Şıptenkoya beş il azadlıqdan məhrumetmə cəzası verilməsi barədə hökm çıxarıb. Lakin onların həbsxana cəzası yalnız üç ildən sonra başlanacaq.

Beləliklə, məhkəmə müttəhimləri sərbəst buraxıb, lakin onlardan Minski tərk etməyəcəklərinə dair yazılı iltizam alınıb.

Məhkəmənin hökmü prokurorluğun istədiyindən çox az fərqlənib.

Paulavets, Alimkin, and Şıptenka 2016-cı ilin dekabrında həbs olunmuş , bundan bir il sonra məhkəmə qarşısna çıxarılmışdılar. Onlar təqsirli olduqlarını inkar edirdilər.

Xəbər verilir ki, Rusiyanın Regnum xəbər agentliyi üçün işləyən bu jurnalistlər rusiayönlü fikirlər yürüdür, Moskva ilə Minsk arasında daha sıx inteqrasiyaya çağırırdılar.

Onlar bəzi yazılarında Belarus dilini rus dilinin bir ləhcəsi hesab etdiklərini vurğulayır, bu zaman rus dilinin “daha yüksək mədəni səviyyədə” olduğuna hökm verirdilər.

Bu üç nəfər 2016-cı ilin dekabrında həbs olunmuş, məhkəmələri isə yalnız 2017-ci ilin dekabrında başlanmışdı.

Belarus və Rusiya çox sıx partnyorlıuq qurublar və əslində “bir ittifaq dövləti” olduqlarını elan ediblər. Lakin 1990-cı illərdə əldə olunmuş bu razılaşma əsas etibarilə elə kağız üzərində qalıb.

AzadlıqRadiosu yazır ki, Minsk Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsindən sonra Moskvanın siyasətindən dərin narahatlıq keçirir.

Əvvəllər Qərblə mürəkkəb münasibətləri olan prezident Alyaksandr Lukaşenka, son vaxtlar Belarusun suverenliyinə Şərqdən gələn təhlükədən tez-tez söz açır. Onun Şərq deyərkən Rusiyanı nəzərdə tutduğu heç kim üçün sirr deyil.

İnternet xəbər agentliyi olan Regnum Rusiya və başqa keçmiş sovet respublikalarının həyatına aid ən müxtəlif yazılar dərc edir.

Bu iş üzrə keçən dördüncü müttəhim – Yuri Barançik də Belarus vətəndaşıdır, amma Rusiyada yaşayır.

Rusiya hakimiyyət orqanları Barançiki Belarusun orderi ilə saxlasa da, onu Minskə təslim etməkdən boyun qaçırırdı. Barançıkov sonradan sərbəst buraxılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG