Belarusun müdafiə rəsmiləri Avropa İttifaqı (Aİ) üzvü Polşa ilə qərb sərhədi yaxınlığında, eləcə də şərqdə hərbi təlimlərin başlandığını elan edib.
Müdafiə Nazirliyi sentyabrın 8-də bildirib ki, qoşunları “düşmən tərəfindən müvəqqəti zəbt edilən ərazilərin azad olunması və sərhədyanı rayonlara nəzarətin yenidən ələ keçirilməsi üzrə təlim keçəcək".
Nazirlik qeyd edib ki, təlimlər Polşanın qərb sərhədi yaxınlığındakı Brestdə hərbi poliqonlarda, eləcə də Belarusun şimal-şərqində paytaxt Minsk və Vitebsk ətrafındakı ərazilərdə keçiriləcək.
Müdafiə Nazirliyi təlimə qatılacaq əsgərlərin sayını açıqlamasa da bildirib ki, “komanda-qərargah təlimində iştirak edən qoşunların, cəlb olunan silah və hərbi texnikanın sayı Vyana Sənədi 2011-ə uyğun olaraq məcburi bildiriş tələb olunan sayı keçmir”.
Belarusun lideri Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya qarşı altı aydır davam edən işğalının ilkin və sonrakı mərhələlərində öz ərazisindən istifadəyə icazə verib.
Lukaşenko Belarus qoşunlarının hər hansı hərbi əməliyyatlarda birbaşa iştirakını inkar edib. Bəzi belarusluların Rusiyanın işğalına dəstək tədbirlərində iştirakdan imtina etməsi, hətta bu işğala zərbə vurmağa cəhd göstərməsi xəbərləri gəlir.
Lukaşenkonun altıncı dəfə prezident elan olunmasıyla nəticələnən saxta seçkilərdən sonra görünməmiş küçə etirazları zorakılıqla yatırdılıb. O, Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə müxaliflərə amansız təzyiqlər göstərib.
Repressiya AB və Qərbdən digər sanksiyalarla sonuclandı. 2021-2022-ci illərdə Belarusun Aİ ilə sərhədində yaranan böhranı Brüssel və digərləri üçüncü ölkə vətəndaşlarından “silah kimi istifadə” adlandırdı.