Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Belarusda daha bir jurnalist 18 ay həbsə atıldı


Belarus - Saviecki Rayon Məhkəməsi 10 iyun, 2021
Belarus - Saviecki Rayon Məhkəməsi 10 iyun, 2021

Belarus polisi təkcə iyulda jurnalistlər və fəalların mənzilləri və ofislərində 200-dən çox reyd keçirib. Onlarla yurnalistə həbs cəzası kəsilib.

Belaruslu jurnalist Syarhey Hardzievich 18 ay azadlıqdan məhrum edilib.

O, avtoritar lider Aleksandr Lukashenkanı təhqir etməkdə və 2 polisə böhtan atmaqda ittiham olunur.

50 yaşlı Hardzievich son vaxtlar Belarusda kütləvi informasiya vasitələri və hüquq müdafiəçilərinə qarşı aparılan repressiyalar çərçivəsində həbs edilib.

Belarus jurnalistlər assosiasiyasının avqustun 2-də verdiyi məlumata görə, Drahichyn şəhərindən olan jurnalist həmçinin 1600 ABŞ dolları məbləğində cərimə olunub.

Bu şəhər paytaxt Minskin 300 kilometrliyində yerləşir.

O, əsasən ötən il Telegran saytında yaydığı və soradan çıxarılmış məlumatlara görə ittiham olunub.

“Pervıy region” regional xəbər agentliyində çalışmış jurnalist bütün ittihamları rədd edir.

“Vesna” hüquq-müdafiə təşkilatı Syarhey Hardzievich-i siyasi məhbus elan edib.

Mənbənin məlumatına görə, Belarus polisi təkcə iyulda jurnalistlər və fəalların mənzilləri və ofislərində 200-dən çox reyd keçirib.

Onlarla yurnalistə həbs kəsilib və ya məhkəməni gözləyirlər.

Belarus hakimiyyəti 2020-ci ilin avqustundakı mübahisəli prezident seçkisinin nəticələrinə etiraz edən qeyri-hökumət təşkilatları və müstəqil kütləvi informasiya vasitələrinə (KİV) qarşı təzyiqləri daha da artırıb.

Həmin seçkidə Lukashenkanın qalib gəldiyi elan edilsə də müxalifət və Qərb ölkələri onun legitimliyini tanımırlar.

XS
SM
MD
LG