Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:11

Belarus müxalifətinin Çexiyada təmsilçiliyi olacaq


Svetlana Tixanovskaya
Svetlana Tixanovskaya

Çexiya Respublikası Belarus müxalifətinin Praqada rəsmi ofis açmasına razılıq verib. Xarici işlər naziri Yakub Kulhanek tvitində yazıb ki, ölkəsi “Belarus müxalifətinə birmənalı dəstək göstərəcək”.

Bundan cəmi bir neçə həftə öncə müxalifət lideri Svetlana Tixanovskaya Praqaya səfər etmişdi.

Belarus müxalifətinin Litva və Polşada oxşar ofisləri var.

“Bu, demokrat rusiyalıların Praqaya sığındığı 1920-ci illəri yada salır”, – Praqada yerləşən Təhlükəsizlik Siyasəti uğrunda Avropa Dəyərləri Mərkəzinin direktoru Yakub Janda yazıb.

Sanksiyalar

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ölkə müxalifətinə divan tutduğuna görə beynəlxalq təzyiq altındadır. Ötən ilin mübahisəli avqust seçkilərindən sonra siyasi müxalifət və müstəqil mediaya təzyiq daha da güclənib.

Etirazçılar seçkinin saxtalaşdırıldığını, öz liderlərinin qalib gəldiyini deyirlər. Avropa Birliyi, Birləşmiş Ştatlar və digər ölkələr səsvermənin rəsmi nəticələrini, Lukaşenkanı prezident kimi tanımayıblar.

Mayın 23-də böhran yeni səviyyəyə çatıb. Belarus hakimiyyəti Ryanair təyyarəsini zorla Minskə endirərək müxalifət blogeri Raman Prataseviç və onun rusiyalı sevgilisi Sofiya Sapeqanı həbs edib.

Avropa Birliyi, ABŞ, Britaniya və Kanada bu insidentlə əlaqədar Belarusa sanksiyalar tətbiq edib, onlarla rəsminin, Lukaşenka administrasiyası nazirlərinin, onun ailə üzvlərinin və Belarus qurumlarının aktivlərini dondurub, viza qadağaları tətbiq edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG