Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:35

Belarusda ukraynalı jurnalistin məhkəməsi başlanıb


"Ukrayna radiosunun jurnalisti Pavlo Şaroyko noyabrda həbs olunub
"Ukrayna radiosunun jurnalisti Pavlo Şaroyko noyabrda həbs olunub

Belarusun Ali Məhkəməsindən alınan xəbərlərə görə casusluqda ittiham edilən ukraynalı jurnalistin məhkəməsi başlanıb.

Məhkəmənin sözçüsü Yulia Lyaskova fevralın 12-də AzadlıqRadiosuna deyib ki, Pavlo Şaroykonun məhkəməsi qapalı keçirilir.

Lyaskova deyib: “Biz məhkəmənin nə vaxt başlandığı barədə şərh verə bilmərik”.

Bundan bir qədər əvvəl Şaroykonun vəkili Larisa Bıkava demişdi ki, onun müştərisinin məhkəmə prosesi başlanıb.

Şaroyko ötən ilin noyabrtında Belarusda həbs olunub.

Bu həbsdən sonra Kiyev və Minsk qarşılıqlı olaraq bir-birlərinin diplomatlarını persona non grata elan etmişdilər.

Ötən ilin noyabrında Belarus DTK-sının bəyanatında deyilirdi ki, Şaroyko Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat bölümünün agentidir və jurnalist adından pərdə kimi istifadə edib.

Bəyanatda qeyd olunurdu ki, Şaroyko Belarusda bu ölkənin hərbi və siyasi sahələrində informasiya toplanması üçün gizli şəbəkə qurduğunu etiraf edib.

Şaroykonun həbs olunduğu barədə xəbəri ilk dəfə Ukrayna ictimai televiziyasının rəhbəri Zurab Alasaniya yaymışdı.

Belarusda mənzillənmiş Charter 97 insan haqları qrupu Şaroykoya istinadən bildirmişdi ki, o Belarusda həbs olunduqdan sonra yoxa çıxmış 19 yaşlı Ukrayna vətəndaşı Pavlo Hribin axtarışı ilə məşğul idi.

Sonradan Hribin Rusiyada terrorizmlə bağlı ittihamlarla həbsxanada saxlandığı məlum olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG