Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:02

7 yaşlı uşaq bulkanı yediyinə görə administrativ məsuliyyətə cəlb olunub


Foto arxiv
Foto arxiv

Belarusda 7 yaşlı uşaq hipermarketdə bulkanı yediyinə görə administrativ qaydada məsuliyyətə cəlb olunub.

Bu barədə martın 17-də AzadlıqRadiosunun Belarus xidməti tut. by saytına istinadla məlumat yayıb.

İnsident Maladzeçne-də baş verib.

Baş prokurorun müavini Aleksandr Lashin Minskdə “Cinayətlərin profilaktikası-aktual suallar” mövzusunda keçirilən konfransda deyib ki, polis uşaqdan izahat verməyi tələb edib.

“Orda 7 yaşlı bir uşaq 90 qəpiklik bulkanı yeyib. Buna görə uşağa qarşı kiçik oğurluq maaddəsi ilə administrativ proses başlayıb. Hüquq-mühavizə orqanlarının əməkdaşları onun günahını boynuna almasına nail olublar və qeyd edirəm, izahat tələb ediblər”, Aleksandr Laşin deyib.
Belarusda kiçik oğurluğa görə məbləğin 10-30 həcmi boydqa cərimə və ya administrativ həbs nəzərdə tutulur.

Belə bir hal prokurorluğu qəzəbləndirib və məlum olub ki, bu ilk belə hadisə deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG