Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:17

‘Lukaşenkanı təhqir etməyə görə’ blogerə üç il həbs kəsildi


Vadimati məhkəmədə
Vadimati məhkəmədə

Bloger ittihamları rədd edib, məhkəmədə ifadə verməkdən, həmçinin hakimin suallarını cavablandırmaqdam imtina edib

Belarusda bloger Alyaksandr Lukaşenkanı “təhqir etmək” ittihamıyla üç il həbsə məhkum edilib. O, postunda ölkənin avtoritar liderinə qarşı kütləvi etirazlar fonunda onun “qeyri-legitim” olduğunu yazıb.

Ötən il Lukaşenka müxalifətin saxta adlandırdığı seçkinin qalibi elan olunub, kütləvi etirazlara çıxanlara isə zorakılıqla divan tutulub.

Məhkəmədə danışmaqdan imtina edib

Qərbi Şçuçin şəhər məhkəməsi sosial mediada Vadimati kimi tanınan Vadim Yermaşukla bağlı hökmü dekabrın 21-də çıxarıb. O, həmçinin bayrağı “əski parçası” adlandırdığına görə dövlət atributuna hörmətsizlikdə ittiham olunurdu.

Bloger ittihamları rədd edib, məhkəmədə ifadə verməkdən, həmçinin hakimin suallarını cavablandırmaqdam imtina edib.

Yermaşuk avqustda saxlanaraq xuliqanlıq ittihamıyla bir neçə sutkalıq həbsə məhkum edilib. Prokurorluq ona yeni ittihamlar irəli sürdüyündən həbsdən buraxılmayıb.

Bloger son aylar Belarusda məhkəmə qarşısına çıxarılan onlarla etirazçıdan biridir. Hakimiyyət 2020-ci il mübahisəli avqust seçkisindən bəri narazılara amansızlıqla divan tutur.

İnsan haqları fəalları və müxalifətçilər Lukaşenkanın 26 illik idarəçiliyini uzatmaq məqsədilə seçkinin saxtalaşdırıldığını deyirlər. Ölkəboyu etirazlarda minlərlə saxlanan olub. Təhlükəsizlik qüvvələrinin saxlananlara işgəncə verməsi, pis rəftar etməsinə dair mötəbər məlumatlar var.

Müxalifət liderlərinin çoxu ya həbs edilib, ya da ölkədən çıxmağa vadar olub. Lukaşenka isə müxalifətlə danışıqlardan imtina edir.

Birləşmiş Ştatlar, Avropa Birliyi, bir neçə ölkə Lukaşenkanı seçkinin qalibi kimi tanımayıb, ona və rejim üzvlərinə sanksiyalar açıqlayıb, buna seçki saxtakarlığını, polisin etirazçılara divan tutmasını əsas gətirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG