Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 09:26

Lukaşenka kriptovalyutaları leqallaşdırır


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Belarus prezidenti Alyaksandr Lukaşenka Bitcoin və onun kimi başqa kriptovalyutalarla tranşları leqallaşdıran fərman imzalayıb.

Dekabrın 22-də bu fərmanı imzaladıqdan sonra Lukaşenka deyib ki, bu sərəncamdan məqsəd ölkəyə xarici investorların cəlb edilməsi və Belarusun regional blokçeyn texnologiyaları mərkəzinə çevrilməsidir.

Blokçeyn texnologiyaları internetlə maliyyə transferlərini sürətləndirir.

Lukaşenka deyib ki, Minsk, qlobal informasiya texnologiyaları (IT) şirkətlərinin Belarus ərazisində öz filiallarını, araşdırma mərkəzlərini və istehsalat müəssisələrini açmalarını istəyir.

Bu fərman Belarusda kriptovalyutalarla tranşları qanuni edir. Belə valyuta ilə ticarət 2023-cü ilin 1 yanvarınadək vergidən azad edilir.

Belarusun IT sektoru ölkənin ən geridə qalan sahələrindəndir.

Minskdə 2006-cı ildə açılmış Yüksək Texnologiyalar Parkı da IT sənayesinin inkişaf etdirilməsi məqsədi güdürdü.

Hazırkı məlumata görə Belarusda 115 min IT mütəxəssisi var. Onların orta aylıq maaşları 1800 dollardır. Bu, ölkə üzrə orta aylıq əməkhaqqından xeyli çoxdur.

Beləliklə, Belarus Yaponiyadan sonra kriptovalyutaları rəsmən tanıyan ikinci ölkə olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG