Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Avropa İttifaqı Lukaşenkanı Şərq Tərəfdaşlığına ‘dəvət edir’


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Avropa İttifaqı mənbələrindən alınan məlumatlara görə Brüssel Belarus prezidenti Alyaksandr Lukaşenkanı Şərq Tərəfdaşlığı (ŞT) qrupunun gələn ay keçiriləcək sammitinə dəvət edib.

Məsələdən xəbərdar olan mənbələr AzadlıqRadiosuna deyiblər ki, Belarus noyabrın 24-də keçiriləcək bu sammitə təşkilatın başqa beş üzvü kimi “heç bir məhdudiyyət qoyulmadan” dəvət edilib.

Şərq Tərəfdaşlığının beş üzvü Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadır.

Sammitə dəvətnamələr üzv ölkələrə oktyabrın 6-da göndərilib.

ŞT-nin bundan əvvəlki sammitləri ərəfəsində Avropa İttifaqı açıq şəkildə bildirirdi ki, Belarusa 21 ildir prezidentlik edən və “Avropanın son diktatoru” adını qazanmış Lukaşenko bu qrupda təmsil oluna bilməz.

2015-ci ildə tərəfdaşlığın Riqada keçirilən son sammitində Belarusu ölkənin xarici işlər naziri Uladzimer Makey təmsil etmişdi.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı təşəbbüsünü 2009-cu ildə 6 şərqi Avropa və Qafqaz ölkələrinin iqtisadi inteqrasiyası və Avropa dəyərlərinin yayılması məqsədilə başlayıb.

Belarusa 1994-cü ildən rəhbərlik edən Alyaksandr Lukaşenka 2015-ci ildə Qərbin “nə azad, nə də ədalətli” adlandırdığı seçkidə beşinci müddətə prezident seçilib.

Avropa İttifaqı iki müxalifət siyasətçisi, bir jurnalist və bir biznesmeninin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı 2004-cü ildə Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərə əl atmışdı.

Avropa Şurası Belarusda bundan əvvəl, 2010-cu ildə keçirilmiş prezident seçkisindən sonra müxalifətin təqib olunması ilə əlaqədar Minskin üzərinə yeni sanksiyalar elan etmişdi.

Lakin Avropa İttifaqı 2016-cı ilin fevralında Belarus üzərinə qoyulmuş əksər sanksiyaları qaldırıb.

Bu sanksiyalara görə 170 Belarus vətəndaşının aktivləri dondurulmuş və onlara viza qadağanı qoyulmuşdu. Bundan başqa ölkənin 14 şirkətinə məhdudiyyətlər tətbiq edilmişdi.

Lakin 2016-cı ilin avqustunda Belarus bütün siyasi məhbusları azad etdikdən sonra Brüssel də cavab olaraq sanksiyalarlı qaldırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG