Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:06

18 illik həbsxanadan sonra da jurnalistin məşəqqət yolu hələ bitməyib


Muhammad Bekjon
Muhammad Bekjon

Özbək jurnalist Muhammad Bekjon bildirir ki, hakimiyyət orqanları onu 18 illik həbsxanadan azadlığa buraxdıqdan bir il sonra üzərindəki hərəkət məhdudiyyətini də qaldırıb.

64 yaşlı Bekjon fevralın 26-da AzadlıqRadiosuna deyib ki, o indi Daşkənddə rəsmi qeydiyyata alınmaq hüququna malikdir. Bu ona müsadirə olunmuş evinin geri alınması, dövlət pensiyasını ala bilməsi və nəhayət xaricə səfər edə bilməsi üçün lazımdır.

O bildirir ki, indi Özbəkistandan çıxış vizası alaraq Birləşmiş Ştatlardakı uşaqlarına baş çəkməyə çalışacaq.

Bekjon deyib ki, uşaqlarını 19 ildir görməyib.

Hazırda Daşkənddə həyat yoldaşı Nina Bekjonla yaşayır. O Birləşmiş Ştatlardan qayıdıb.

Siyasi məhbus hesab olunan Bekjon həbsxanadan 2017-ci ilin fevralında azad edilib.

Sərhədsiz Müxbirlər təşkilatı Bekjonu “dünyanın ən uzun müddətə məhbus olmuş jurnalistlərindən” biri adlandırıb.

Bekjon 1994-cü ildə xaricə qaçmağa məcbur olanadək Erk (Azadlıq) qəzetinin redaktoru olub. Qəzeti eyni adlı müxalifət təşkilatı dərc edirdi. Erk təşkilatının lideri, tanınmış siaysətçi Muhammad Solih Bekjonun qardaşıdır. Solih 1993-cü ildə Azərbaycana qaçmış, sonra isə Türkiyəyə köçmüşdü.

Bekjonu isə 1999-cu ildə Kiyevdə oğurlayıb Daşkəndə gətirmişdilər. Bekjon prezident İslam Karimova qarşı terrorçu hücumda ittiham edilmiş və 15 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Bekjon ittihamları rədd edir və onların siyasi motivli olduğunu deyirdi.

Bekjon 2011-ci ildə, cəza müddətinin bitməsinə bir neçə ay qalmış “həbsxana qaydalarının pozulmasında” ittiham edilərək daha beş il müddətinə azadlıqdan məhrum edilmişdi.

Özbəkistanın diktator prezidenti Karimov 2016-cı ildə vəfat edib. Yeni prezidenti Şavkat Mirziyoyev ölkədəki avtoritarlığın ləğvi siyasətinin çərçivəsində bir çox siyasi məhbuslara azadlıq verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG