Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:54

İlahiyyat fakültəsinin tələbəsi məhkum edildi


Müəllimi rüşvətdə suçlayan tələbə dövlət başçısına müraciət edir
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Müəllimi rüşvətdə suçlayan tələbə dövlət başçısına müraciət edir

BDU-nun İlahiyyat fakültəsinin dördüncü kurs tələbəsi Zəka Mirağayev həmin fakültənin dekan müavini Nigar İsmayılzadənin iddiası əsasında məhkum edilib. Noyabrın 8-də Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyev bu haqda hökm çıxarıb.

Hökmə görə, mətbuata müsahibələrində, yazılarında fakültədə rüşvətxorluq, özbaşınalıq halları olduğunu deyən və buna görə N.İsmayılzadəni günahlandıran tələbə bununla dekan müavininə böhtan atıb. Ona görə də Z.Mirağayev CM-nin 147.2 maddəsi ilə təqsirli bilinərək, ona aylıq əməkhaqqısının 15 faizi tutulmaqla, 1 il islah işləri cəzası verilib.

N.İsmayılzadə tələbənin həm də CM-nin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyirdi. Amma məhkəmə Mirağayevin yazılarında, müsahibələrində təhqir olmadığı nəticəsinə gəlib və bu maddə ilə ona bəraət verilib.

Z.Mirağayev isə özünü ümumiyyətlə təqsirli bilmir və hökmdən narazıdır. O, AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək: «Mən heç bir cinayət törətməmişəm».

Z.Mirağayevə qarşı xüsusi ittiham qaydasında iddia ilə məhkəməyə müraciət edən N.İsmayılzadə tələbəyə həbs cəzası verilməsini istəyirdi. Onun özü və müdafiəçisi dəfələrlə məhkəmədə bu haqda vəsatət qaldırmışdı. Məhkəmənin sonundakı müdafiə çıxışında da bu tələb səslənəndən sonra Z.Mirağayev ölkəni tərk etmişdi. Mətbuata yazılı açıqlamasında da bildirmişdi ki, heç bir günahı olmadığı halda, həqiqətləri dilə gətirdiyinə görə sifarişlə həbs olunmamaq üçün bu addımı atıb.

Mirağayev məhkəməyə gəlmədiyinə görə onun barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı.

Bir neçə aydan sonra Mirağayev Bakıya qayıdarkən hava limanında saxlanılıb və məhkəmə davam etdirilib.

Bir müddət öncə BDU-da İlahiyyat fakültəsi ləğv olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG