Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

BDU-ya yeni rektor təyin edildi


E.Babayev
E.Babayev

Elçin Babayev Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı martın 11-də sərəncam imzalayıb.

54 yaşlı E.Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Buna qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

O, 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) məzunudur.

Ötən ilin noyabrında BDU-nun rektoru Abel Məhərrəmov tutduğu vəzifədən azad edilmişdi. O, 19 il bu ali təhsil müəssisəsinə rəhbərlik etmişdi. A.Məhərrəmov və oğlu barədə hakimiyyətə yaxın mediada korrupsiya və başqa ittihamlar yer almışdı.

Rektor əvəzi olaraq təhsil nazirinin müavini Firudin Qurbanov təhsil müəssisəsinə dekabrın sonlarından rəhbərlik edib.

BDU tələbə, müəllimləri Abel Məhərrəmov haqda
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG