Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:20

BBC: 2008-ci ildə Yerevanda dinc etirazçıları Qarabağ erməniləri güllələyiblər


Yerevanın mərkəzi - 1 mart 2008-ci il
Yerevanın mərkəzi - 1 mart 2008-ci il

AzadlıqRadiosunun Erməni xidməti BBC-yə istinadən yazır ki, 2008-ci il martın 1-də baş vermiş faciəli hadisələr zamanı nümayişçilərin güllələnməsinə “Dağlıq Qarabağ müdafiə ordusunun general-mayoru, Oqanovski kimi tanınan Samvel Karapetyan rəhbərlik edib”.

BBC bu məlumatlar barədə sənədləri necə əldə etdiyini açıqlamasa da bildirir ki, onun əlində olan sənədlərə görə bu hadisənin əsas fiqurantları arasında Samvel Karapetyandan başqa iki keçmiş prezident - əslən qarabağlı olan Robert Kocharian-ın və Serzh Sarkisian-ın, habelə iki tanınmış biznesmen – Firavan Enmənistan partiyasının lideri Gagik Tsarukian və hakim Respublika Partiyasının fraksiya üzvü Samvel Aleksanyanın da adları var.

BBC bildirir ki, bu işin təhqiqatı böyük siyasi əhəmiyyətə malikdir və Ermənistandakı siyasi qüvvələr balansını dəyişə bilər.

Baş nazir Nikol Pashinian 1 mart qurbanlarının xatirəsini yad edir
Baş nazir Nikol Pashinian 1 mart qurbanlarının xatirəsini yad edir

BBC-nin iddiasına görə bu sənədlərdən məlum olur ki, 2008-ci ildə Yerevanın mərkəzində keçirilən etiraz aksiyasını Qarabağ qüvvələri güllələyib və onlara Samvel Karapetyan başçılıq edib.

BBC bildirir ki, o vaxt Karapetyan “Qarabağ müdafiə nazirinin” müavini vəzifəsini tuturdu. O bu vəzifədən bu ilin aprelində azad olunub və hazırda 1 mart hadisələri üzrə işdə şahid qismində dindirilir.

Prezidentin zirzəmisi

İşi aparan müstəntiqlərin dediyinə görə Karapetyanın Qarabağ ermənilərindən ibarət dəstəsi 2008-ci ilin 1 mart qətliamı ərəfəsində Ermənistan prezidenti administrasiyasının zirzəməsində yerləşdirilmişdi.

İstintaq materiallarında deyilir ki, bu zirzəmiyə Ermənistanın əslən qarabağlı olan iki keçmiş prezidenti – Robert Kocharian və Serzh Sarkisian baş çəkmişdilər.

BBC bildirir ki, onun ixtiyarında olan faktları Ermənistan və Qarabağda olan mənbələr də təsdiq ediblər.

BBC bunu da bildirir ki, general-mayor Samvel Karapetyan ötən ilin avqustunda dindirilib. BBC bunu da deyir ki, bu dindirmənin protokoluna malikdir.

Bu dindirmə zamanı Karapetyan Yerevana gətirilmiş Qarabağ birləşmələrinə komandanlıq etdiyini etiraf edib.

Lakin başqa məlumatlara görə Karapetyan (Oqanovski) özünün tabeçiliyində olanlardan 20 nəfərlik qrup təşkil edib və bu qrup prezident iqamətgahının zirzəmisində yerləşdirilib.

Bu da qeyd olunur ki, bu qrupun bütün üzvləri “xalqa atəş açmağa hazır olduğunu bildirib” və martın 1-də nümayişçilərə məhz bu dəstə atəş açıb.

Buna baxmayaraq Karapetyan dindirmə zamanı “xalqa atəş açmaq əmrinin olmadığlnı” deyib.

Karapetyan bu barədə BBC-nin email-lə göndərilmiş suallarına cavab verməyib.

Ermənistanın qarabağlı prezidentləri

BBC-nin ixtiyarında olan sənədlərə əsasən Ermənistanın keçmiş, əslən qarabağlı prezidenti Serzh Sarkisian 2019-cu ilin fevralında iki dəfə dindirilib.

Lakin Ermənistanın üçüncü prezidenti Sarkisian BBC-nin suallarına cavab verməkdən imtina edib.

Bunun əvəzində elektron məktuba cavab olaraq Respublika Partiyası sədrinin müavini Armen Ashotyan bildirib ki, “cənab Sakrkisian hazırda media ilə təmaslara girmir”.

Ermənistanın ikinci prezidenti Robert Kocharian-ın vəkili də BBC-nin suallarına cavab verməyib.

BBC-nin apardığı təhqiqata görə prezident zirzəsimində yerləşdirilmiş dəstə ilə Tsarukian da görüşüb.

Lakin Tsarukianın sözçüsü onun 2008-ci ilin 1 mart hadisələri ilə hər hansı əlaqəsini inkar edib.

Yerevanın mərkəzi. 1 mart, 2008-ci il
Yerevanın mərkəzi. 1 mart, 2008-ci il

BBC öz təhqiqatı ilə bağlı beynəlxalq ekspertlərlə də məsləhətləşib.

Carnegie fondunun əməkdaşı Paul Stronski deyib ki, 1 mart hadisələrinin araşdırılması şəffaf olmalıdır.

Stronskinin sözlərinə görə 1 mart qarşıdurması zamanı indiki baş nazir Nikol Pashinian-ın da hadisələrin iştirakçısı olduğu nəzərə alınmalıdır.

Lakin Azatutyun yazır ki, 1 mart faciəsinin 10 qurbanından birinin - Zakar Ovannisianın bacısı Mariam Ovannisian yeni hakimiyyətin apardığı istintaqa inandığını bildirib.

BBC vurğulayır ki, Serzh Sarkisianın iki prezidentlik müddətində 10 nəfərin qətlində günahkar olanlar aşkar edilməyib.

Bu iş üzrə yeni istintaq baş nazir Nikol Pashinian-ın göstərişi ilə açılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG