Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:56

Rusiyada işləyən BBC müxbirlərinin adları internetə sızdırılıb


Rusiyada işləyən BBC müxbirlərinin adları internetə sızdırılıb. Bundan əvvəl Rusiyada mediaya nəzarət edən dövlət qurumu – Roskomnadzor bildirirdi ki, BBC Dünya Xəbərləri kanalının Rusiya əməliyyatlarının və onun internet saytlarının qanuniliyini nəzərdən keçirir.

Əksəriyyəti Rusiya vətəndaşı olan 44 müxbirin adları ilk dəfə dekabrın 25-də VKontakte sosial platformasında anonim qaydada saxlanan Ana Rusiya Naminə səhifəsində dərc edilib.

Bundan bir neçə saat sonra jurnalistlərin adları, artıq fotoşəkilləri ilə birlikdə Rusiyanın Pikabu saytında peyda olub.

Bundan bir neçə gün əvvəl Britaniyada çıxan Times qəzeti Kreml tərəfindən maliyyələşdirilən Sputnik şəbəkəsinin Edinburqda yerləşən Britaniya bürosunun səkkiz müxbirinin fotolarını dərc etmişdi.

Rusiyanın Londondakı səfirliyi bu hadisəyə acıqlı reaksiya vermiş və bildirmişdi ki, Moskva bu hərəkətə “adekvat cavab verəcək”.

Ana Rusiya Naminə qrupu Times qəzetini Rusiya jurnalistlərinə “psixoloji təzyiq tətbiq etməkdə” və onları “gözdən salmağa” çalışmaqda ittiham edir.

BBC-nin sözçüsü jurnalistlərin adlarının internetə sızdırılmasını tənqid edib:

“BBC başqa media təşkilatlarındakı jurnalistlər barədə məlumatların dərc edilməməsi üçün sərt redaksiya qaydalarına malikdir, çünki belə bir hərəkətə heç cür haqq qazandırıla bilməz. Odur ki, biz Moskvadakı həmkarlarımıza aid məlumatların əsassız şəkildə dərc edilməsindən məyusluğumuzu bildiririk”.

BBC müxbirlərinin adlarının açıqlanmasından bir həftə əvvəl Roskomnadzor Britaniya yayımçısına xəbərdarlıq edərək bildirmişdi ki, onun materiallarının tərəfsizlik qaydalarına uyğunluğu məsələsini araşdıracaq.

Roskomnadzor dekabrın 12-də bildirmişdi ki, belə bir araşdırmadan məqsəd BBC əməliyyatlarının Rusiya qanunlarına uyğunluğunun aydınlaşdırılmasıdır.

Roskomnadzor-un bu bəyanatından bir gün əvvəl Britaniyanın media gözətçisi Ofcom bildirmişdi ki, Moksva tərəfindən maliyyələşdirilən RT telekanalı üzərinə sanksiyaların qoyulması məsələsinə baxır. Ofcom RT-nin səkkiz proqramının tərəfsizlik qaydalarını pozmasını tənqid edirdi.

Söhbət xüsusilə də keçmiş casus Sergey Skripal və onun qızı Yulianın İngiltərədə zəhərlənməsi ilə bağlı verilişlərdən gedirdi.

London bu hadisəyə görə Moskvanı ittiham edir.

Rusiya isə bu iddiaları rədd edir və bildirir ki, Britaniyanı “rusofobiya qaraqışqırığı” bürüyüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG