Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:35

Milyonlarla dollarlıq dövlət bayrağı necə yoxa çıxdı?


30 milyonluq Bayraq Meydanı niyə bayraqsız qalıb?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Bakıdakı Dövlət Bayraq Meydanında bir neçə aydır bayraq dalğalanmırdı. Nəhayət bu günlərdə rəsmi səbəb açıqlandı. Rəsmi xəbərə görə Bayrağı saxlayan uca dayaq küləyə davamlı olmayıb. 30 milyon manat dövlət vəsaitinə başa gələn bu tikili 8 il öncə təmtaraqla açılmışdı.

Beləliklə, Ginnesin rekordlar kitabında dünyanın ən hündür bayraq dirəyi kimi adını cəmi bir neçə ay saxlaya bilən bu dayağın ömrü də uzun olmadı. Niyəsinə keçmədən öncə, gəlin bu Bayraq Meydanın tarixçəsinə qısa nəzər salaq.

BAYRAQ MEYDANINDA TİKİNTİNİ HAKİM AİLƏYƏ BAĞLI ŞİRKƏT APARIB?

Dövlət Bayrağı Meydanın tikintisi 2007-ci ildə başlanıb, 3 il davam edib. Amerikanın «Trident Support» şirkətinin hazırladığı layihəni Azərbaycanın «Azenko» tikinti şirkəti reallaşdırıb.

AzadlıqRadiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi ilə birgə 2012-ci ildəki araşdırmasına görə Azenko şirkətinin prezidentin ailəsinə bağlılığı var.

Düzdür o vaxt prezident administrasiyası bu araşdırmaya hər hansı münasibət bildirməmişdi. Bununla da bağlı Azərbaycanın hakim dairəsindən hər hansı açıqlama olmamışdı.

Amma bayraq meydanı ətrafında söz-söhbət elə Bayraq Medyanının açılışından bir neçə müddət sonra başlamışdı. Rəsmi açılışı 2010-cu ildə olan bayraq meydanında dirəyin titrədiyi, bayrağın tez-tez cırılması müşahidə edilirdi.

20 min kvadrat metr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metridir. Qurğunun ümumi kütləsi 220 tondur. 35 metr enində, 70 metr uzunluğunda olan bayrağın öz çəkisi isə 350 kilqoram idi.

Bayraq Meydanı dünyanın ən uca bayraq dirəyi ilə Ginnesin Rekordlar kitabında yalnız bir neçə ay qala bilmişdi. Tacikistan bu rekordu yeniləyənə qədər.

Kompleks bütövlükdə 30 milyon manata başa gəlib. Bunun 20 milyon manatı prezidentin Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa dövlət büdcəsindən ayrılıb.

ABİD ŞƏRİFOV: “BİR SƏHDVİR OLUB DA...”

Baş nazirin müavini Abid Şərif deyir ki, hər bir yerdə səhv ola bilər. Amma bunu büdcə vəsaitinin mənimsənilməsi kimi qiymətləndirmək doğru deyil:

"Son 15-20 ildə büdcədən vəsait xərclənib reallaşan layihələr uçub-dağılsın. Olmayıb belə bir hal. Azərbaycanda ilk dəfə idi belə böyük qurğu tikilirdi. İndi səhvdir olub da. Amma bunu büdcəni dağıdırlar, talayırlar kimi dəyərləndirib, şişirtməyə ehtiyac yoxdur. Mən xatırlamıram ki, bu 20-25 ildə Azərbaycanda hansısa körpü uçsun. Kiminsə daha ağıllı təklifləri varsa, gəlsinlər yığılışaq, məsləhətləşək".

Abid Şərifov bildirir ki, hökumət hər zaman təkliflərə açıqdır. Amma görülən bütün işlərə tənqidlə yanaşmağı qərəzli sayır.

İqtisadçı ekspert, real vətəndaş hərəkatının icra katibi Natiq Cəfərli isə bildirir ki, Azərbaycanın vətəndaş cəmiyyəti, mütəxəssislər elə bu bayraq meydanı kimi bir çox layihələrlə bağlı öz təkliflərini veriblər. Amma onları dinləyən olmayıb.

MİLYONLARA BAŞA GƏLƏN UĞURSUZ LAYİHƏLƏR...

Natiq Cəfərli həm də əlavə edir ki, Bayraq Meydanı hökumətin yeganə uğursuz layihəsi deyil:

"Dövlət Bayraq Meydanı ilə bağlı baş verənlər Azərbaycanda layihələrin necə reallaşmasına bir nümunədir. Elə onun yaxınlığındakı Crystal Hall adlı böyük bir konsert kompleksi var. Eurovision zamanı tikilən bu zala 300-350 milyon manata yaxın vəsait xərclənib. Amma bu gün də o boş qalıb. Təkcə, bu Crystal Hall-un saxlanılmasına hər il dövlət büdcəsindən əlavə 10-15 milyon manat vəsait ayrılır. Və ya başqa bir nümunə 20 Yanvar metrosunun yaxınlığındakı körpünün aşağısında daim tıxac olur. Amma üstündə maşın olmur".

Natiq Cəfərli son illər dövlət büdcəsindən investisiya xərcləri adı altında çəkilən yollardan da danışır. Deyir ki, bu yollar 20-30 illik zəmanətlə çəkilsə də, bir neçə ildən sonra dağılıb. O belə yollardan birinə misal kimi Bakı-Quba beton yolunu göstərir. 200 kilometrlik yola indiki məzənnə ilə 1 milyard dollar xərclənib. Hər il də dövlət büdcəsindən bu yolun təmir-bərpasına əlavə vəsait ayrılır. Onun fikrincə, bu layihələrin icrası dövlət büdcəsinə yükə çevrilib.

Azərbaycan hökuməti artan neft gəlirləri hesabına ölkədə ciddi layihələrin gerçəkləşdirdiyini bəyan edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG