Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Dövlət Bayrağı günüdür


Rəsulzadənin tikdiyi bayraq Bakıda
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Rəsulzadənin tikdiyi bayraq Bakıda

Bu gün, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günüdür.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev «Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib.

Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci il aprel ayınadək dövlət statusuna malik olub.

1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı qəbul edilib. Bununla Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib. 2004-cü il iyunun 8-də «Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında» Qanunun qəbulu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Prezident İ.Əliyev 2007-ci il noyabrın 17-də «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında» sərəncam verib. Bu sənədə əsasən, Bakının Bayıl qəsəbəsində bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanı salınıb.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən Müstəqillik günü (18 oktyabr) və Konstitusiya günü (12 noyabr) isə ləğv edilərək, iş günü elan edilib.

XS
SM
MD
LG