Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:06

Ekspert: Bayram süfrənizin bahalığı məmur sahibkarlığına görədir


İlham Əliyev indi də siyasi islahat anons edir - nələr dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

İlham Əliyev indi də siyasi islahat anons edir - nələr dəyişir?

Bayramqabağı bazarlarda və supermarketlərdə qiymətlərin bahalaşması artıq bayramın özü kimi qədim bir söhbətdir. Həmsöhbətimiz olan kiçik mağaza sahibləri deyirlər ki, bayram ərəfəsi topdansatış mərkəzləri qiyməti qaldırır, onlar da məcbur olub malları bahalaşdırırlar:

Satıcı Zeynəb Məmmədova deyir ki, bayramqabağı bəzi çərəzlərin, yağın, unun, şəkər tozunun qiyməti qalxıb:

“Əvvəllər əriyi almaq olurdu 7 manata, indi alırsan 9 manata. Bu da bizdən asılı olan məsələ deyil. Firmaların qiymətində dəyişiklik olduğuna görə, məcburən biz də qaldırırıq qiyməti. Məsələn, unun kilosu 54 qəpik idi, indi olub 58 qəpik. Biz qiymətləri məcbur olub qaldırırıq”.

Keçmiş deputat, özü də sahibkar olan Nazim Bəydəmirli deyir ki, əgər Azərbaycanda sağlam bazar qanunları işləsəydi, onda sahibkarlar bayram ərəfəsində tələbin artmasını nəzərə alıb, bunu dövriyyəyini artırmaq şansı kimi dəyərləndirər, qiymətləri nəinki qaldırar, hətta aşağı salmaqda maraqlı olardılar.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazim Bəydəmirli deyir ki, hazırda idxal mallarında qiymətlərin qalxmasının əsas səbəbi inhisarçılardır:

“Məmur sahibkarlığı yenə də hökmran mövqedədir. Məmur sahibkarlığı idxalda əsas rol oynadığına görə, qiyməti onlar müəyyən edir. Bahalaşmanı ancaq və ancaq iqtisadi azadlıqların az olmasında, məmur sahibkarlığının hökmdar mövqedə olmasında, iqtisadi fəaliyyətə az insanların təşviq olunmasında görürəm. Ona görə də hökumət daha çox iqtisadi fəaliyyəti inkişaf etdirməlidir, bununçün də təbii ki, məmur sahibkarlığı ləğv olunmalıdır”.

Belə qiymət artımlarına nəzarəti İqtisadiyyat Nazirliyinin nəzdindəki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.

Nazim Bəydəmirli deyir ki, bu qurumun fəaliyyəti səmərəli deyil, odur ki, ləğv olunmalıdır və rəqabət mühitinə nəzarət edən, sahibkarlıq fəaliyyətinə lisenziya verən vahid bir qurum yaradılmalıdır.

İdxal mallarında bayram ərəfəsi bahalaşma müşahidə olunsa da, hökumətin təşkil etdiyi yarmarkalarda yerli kənd təsərrüfatı malları nisbətən ucuzdur.

Sosializmə doğru irəli?

Bu il Bakı şəhər icra hakimiyyəti bayram ərəfəsində paytaxtda azı 23 məntəqədə Novruz çadırları quraşdırdığını bildirir.

Məqsəd bu idi ki, müxtəlif bölgələrdən gəlmiş fermerlər şəhər sakinlərinə kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif etsinlər.

Alıcılar da deyirlər ki, bu yarmarkalarda qiymətlər nisbətən ucuz olub. Məsələn qozun ucuzluğundan razılıq edirlər. Amma bir qozla iş bitmir axı…

Belə söhbətlər də gəzir ki, yarmarkadakı satıcıların bir qismini mağazalardan məcburi gətiriblər.

İqtisadçı Nazim Bəydəmirli deyir ki, onun müşahidəsinə görə də, yarmarkaya mal gətirənlərin bir qismi fermerlər deyil, Bakı bazarlarında mal satanlardır, onları icra hakimiyyətləri inzibati yolla yarmarkaya gətirib.

Bayram günü olduğu üçün bu iddialar barədə Kənd Təsərrüfatı Nazirliyindən mövqe öyrənə bilmədik.

İqtisadçı Nazim Bəydəmirli deyir ki, kənd təsərrüfatı mallarını da ucuzlaşdırmağın yolu rəqabəti təmin etməkdir.

Onun firkincə, islahat aparılarkən, ilk növbədə liberal bazar dəyərlərinə sadiq qalınmalıdır. Onun sözlərinə görə, hazırda özəl sektorun fəaliyyət göstərdiyi sahələrdə, nazirliklər müxtəlif MMC-lər, səhmdar cəmiyyət yaradır, bu isə geriyə dönmək- sosializm dövlət iqtisadiyyatını, dövlət monopoliyasını təşviq etmək deməkdir.

Beynəlxalq maliyyə qurumları da Azərbaycan hökumətinə tövsiyyə edir ki, bazarda rəqabət mühitini təmin etsin, dövlətin iqtisadiyyatda iştirakını azaltsın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG