Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Bayram Məmmədov universitetdən xaric edilib


Bayram Məmmədov
Bayram Məmmədov

Gənc fəal Bayram Məmmədov həbsindən əvvəl təhsil aldığı Bakı Slavyan Universitetlərdən xaric edilib.

Gənc fəalın sözlərinə görə, bu barədə onun valideyinlərinə bu gün, mayın 14-də universitetdən zəng vuraraq xəbər veriblər.

Bayram Məmmədov 2016-cı ilin mayın 10-u digər gənc fəal Qiyas İbrahimovla narkotikdə ittiham edilərək həbs olunanub. O vaxt fəal Bakı Slavyan Universitetin tərcümə fakultəsinin 4-cü kursunda təhsil alırdı.

Bayram Məmmədovun sözlərinə görə, o, bu ilin martında azad olunandan sonra universitetə təhsilini davam etdirmək məqsədi ilə gedib:

“O vaxt mənə bildirdilər ki, 2016-cı ildə iki imtahanında iştirak etməmişəm və sentyabrda gəlib alt qrupda təhsilimi davam elətdirə bilərəm. Hətta demişdilər ki, dərsdə oturmadan birbaşa gəlib imtahan verə bilərəm. Lakin bu gün, mayın 14-də evə zəng vurub deyiblər ki, xaric edilmişəm”.

Bayram Məmmədov əlavə edib ki, 2016-cı ildə həbs olunandan sonra universitetə imtahanları cəzaçəkmə müəssisəsi şəraitində verməsilə bağlı müraciət də edib:

“Onda indi artıq keçmiş rektor Asəf Hacıyev cavab göndərdi ki, bu mümkün deyil. Lakin azad olunandan sonra istənilən vaxt gəlib təhsilimi davam elətdirə bilərəm”.

Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti

Unversitetdən nə deyirlər?

Bakı Slavyan Universitetinin mətbuat xidmətindən isə bildiriblər ki, Bayram Məmmədov həbs olunandan dərhal sonra ali məktəbdən xaric olunub və bu əvvəlki rektorun dövrünə aiddir:

“Bayram Məmmədov keçən həftə təhsilini davam elətdirmək üçün universitetə müraciət edib. Onun sənədlərinə baxandan sonra məlum olub ki, o, 2016-cı ildə xaric olunub. Biz bu barədə onun ailəsinə bildirmişik”.

Xatırlatma

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı.

Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazdıqlarına görə, həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Bayram Məmmədov hətta əfv olunduqdan az sonra polisin qanuni əmrini yerinə yetirməməkdə ittiham edilərək 30 sutka inzibati həbs cəzası da alıb.

Gənc fəal bu ittihamı da qəbul etməyib.O saxlanarkən işgəncəyə məruz qaldığını açıqlayıb.

Amma Daxili İşlər Nazirliyindən bu iddanı əsassız sayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG