Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:25

Bayıl yamacında yeni çatlar yaranıb


Bu gün, noyabrın 23-də Badamdar sürüşmə sahəsində yeni çatlar əmələ gəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatında belə yazılır.

Məlumata görə, sürüşmə zonasında gərginlik qalır.

Aparılan tədqiqatların nəticəsinə əsasən, son günlər yağan yağışlar nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamacboyu irəliləməsi müşahidə edilib.

Sürüşmənin aşağı hissəsində isə yeni çatların yarandığı bildirilir.

Xatırlatma

Bayıl qəsəbəsi, 20-ci Sahə adlı ərazidə 2013-cü ildə də sürüşmə olub. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son vaxtlarda isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son aylar Bayıl ərazisindən başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları qeydə alınıb.

XS
SM
MD
LG