Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 02:15

Bayden və Putin arasında ilk telefon söhbəti olub


Co Bayden (solda) və Vladimir Putin
Co Bayden (solda) və Vladimir Putin

ABŞ və Rusiya prezidentləri Co BaydenVladimir Putin arasında ilk telefon söhbəti olub.

Bu telefon danışğı barədə Ağ Evin mətbuat katibi Cen Psaki yanvarın 26-da məlumat verib.

O deyib ki, bu söhbət zamanı prezident Bayden Kremlin tənqidçisi Aleksey Navalnı ilə rəftar da daxil Rusiyanın davranışı barədə narahatlıqlarını bildirib.

Psakinin sözlərinə görə, Bayden habelə Vaşinqtonun “Ukraynanın suverenliyinə güclü dəstəyini” bir daha təsdiqləyib.

Kremlin verdiyi məlumatda deyilir ki, bu söhbət zamanı Putin Baydeni prezident kimi səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib.

Bu da xəbər verilir ki, tərəflər strateji nüvə silahlarına nəzarət – Yeni START müqaviləsinin müddətinin uzadılması qərarını alqışlayıblar.

XS
SM
MD
LG