Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Bayden Putini haker hücumları barədə ‘təbdir görməyə’ çağırır


ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin
ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin

ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində onu Rusiyadakı reketçi haker qruplarına qarşı “ölçü götürməyə” çağırıb.

Bu barədə məlumatı Ağ Ev verib.

Birləşmiş Ştatlar və başqa ölkələr üzərinə pul qoparmaq məqsədilə edilən haker hücumları son bir ildə kəskin şəkildə artıb.

Bura ABŞ-ın ən böyük yanacaq kəmərinə hücum da daxildir.

Bayden iyulun 9-da Putinlə telefon söhbətində deyib ki, Birləşmiş Ştatlar amerikalıları və həyati infrastrukturu kiberhücumlardan qorumaq üçün zəruri tədbirləri görəcək.

Ağ Evin məlumatına görə bir saatdan artıq davam edən telefon söhbətindən əvvəl Floridada mənzillənmiş Kaseya texnologiya şirkətinin məsafədən idarəetmə proqramına haker hücumu olmuşdu.

ABŞ-da yüzlərlə, dünyada isə 1500-dən çox biznesin bu hücumdan təsirləndiyi bildirilir.

Bu müdaxilə ekspertlər tərəfindən ən böyük kiberhücum kimi qiymətləndirilsə də, onun real miqyası qeyri-müəyyən olaraq qalır.

Rusiyada mənzillənmiş REvil kiberkriminal qrupu bu hücum üçün məsuliyyəti öz üzərinə götürüb və şirkət sahiblərinə sistemin açar şifrəsinin verilməsi üçün kriptovalyuta ilə 70 milyon dollar tələb edib.

Birləşmiş Ştatlar öz xalqını müdafiə etməyə hazırdır

Xəbər verilir ki, iyulun 9-da yer almış telefon söhbətində Bayden Putinə Rusiyada mənzillənmiş kriminalların Birləşmiş Ştatlar və başqa ölkələr üzərinə hücumlarından danışıb.

Ağ Evin bu barədə məlumatında deyilir:

"Prezident Bayden Rusiyanın bu ölkədə fəaliyət göstərən reketçi qruplara qarşı tədbir görməsinin mühümlüyünü vurğulayıb. O bildirib ki, reketçi hücumların qarşısının alınması üçün davamlı müzakirələrə tərəfdardır”.

Məlumatda daha sonra bildirilir:

"Prezident Bayden deyib ki, Birləşmiş Ştatlar öz xalqını və həyati infrastrukturunu bu hücumlardan qorumağa hazırdır”.

Ağ Evin sözçüsü Cen Psaki deyib ki, Vaşinqtonun bu hücumların Rusiya hökuməti tərəfindən yöndəndirilməsinə dair yeni məlumatı yoxdur, lakin Kreml bu hücumlarla bağlı “tədbir görmək məsuliyyətinə” malikdir.

Bu telefon söhbətindən bir ay əvvəl Bayden və Putin Cenevrədə üzbəüz görüş keçirmişdilər.

O vaxt Bayden Birləşmiş Ştatların biznesləri üzərinə Rusiyadan qaynaqlanan kiberhücümlarla bağlı ilk dəfə xəbərdarlıq etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG