Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:55

Bayden nə oxuyur


Co Bayden
Co Bayden

Deyirlər, biz nə yeyiriksə, oyuq. Eyni qaydada biz nə oxuyuruqsa, nəyə baxırıqsa və nə eşidiriksə, oyuq. Bizim inam və hərəkətlərimiz, gözləntilərimiz informasiya mənbələrimiz əsasında formalaşır.

CNN yazır ki, prezidentin media pəhrizi bu baxımdan əhəmiyyətlidir və Trampın prezidentliyi dövrü bunu bir daha təsdiqləyib. Bəs görəsən, Bayden nə oxuyur və nəyə baxır?

"Yeni seçilmiş prezidentin media pəhrizi klassik adlandıra biləcəyimiz pəhrizdir. O, “The New York Times”, “The Washington Post”, “The Wall Street Journal”, “The Economist” və “The New Yorker” kimi dövri mətbuatı oxuyur. Çoxu da çap formasında. O eyni zamanda digər nüfuzlu media mənbələrindən başlıqları almaq üçün “Apple News”a güvənir. Əlbəttə, o “Newsmax” kimi şeyləri oxumur və “One America News Network”ə baxmır”, – “The New Yorker” jurnalının ştatlı yazarı və Co Baydenin yeni bioqrafiyasının ("Joe Biden: The Life, The Run, and What Matters Now") müəllifi Evan Osnos deyir.

“Kimsə sənin haqqında məlumat dəyəri olan bir şey deyirsə...”

Onun sözlərinə görə, Bayden Tomas Fridman kimi köşə yazarlarına da çox diqqət yetirir. Fridman bu yaxınlarda Baydenlə bir saatlıq telefon söhbəti edib və bu söhbəti “The New York Times” üçün yazdığı köşə yazısında işıqlandırıb.

O daha sonra oxucuların rəyləri ilə tanış olanda bu fikrin dəfələrlə təkrarlandığını görüb:

“Mən artıq tamamilə özünə vurğun, hay-küylü olmayan, daim yalan xəbərləri təbliğ etməyən prezidenti dinləməyin necə olduğunu unutmuşdum”.

Söhbət günün mühüm məsələləri haqda sağlam, ayıq, düşüncəli söhbətdən gedir.

Osnosun sözlərinə görə, Bayden özü haqqında yazılan hər sözü izləyib oxumur və bu Tramp və Bayden illəri arasındakı böyük fərqlərdən biridir:

"O belə şeylərə çox da fikir vermir. Ancaq bir istisna var: 1988-ci ildə Riçard Ben Kramer “What It Takes” kitabında onun gözəl, klassik portretini yaradıb. Bu, ümumilikdə tərif yazısı deyildi. Ancaq Bayden onu qəbul edib. Daha sonra o, Kramerin dəfnində vida nitqi söyləyəndə demişdi ki, əgər kimsə sənin haqqında məlumat dəyəri olan bir şey deyirsə, sən ona diqqət yetirməyə borclusan”.

Bəs görəsən, Bayden hansı kitabları oxuyur? Deyvid Sengerin 2012-ci ildə yazdığı “Confront and Conceal: Obama's Secret Wars and Surprising Use of American Power" (“Vuruş və gizlət: Obamanın gizli müharibələri və Amerikanın gücünün gözlənilməz istifadəsi”) kitabı Baydenin bir fotosunda gözə dəyib. Senger daha sonra, 2018-ci ildə bu kitabın davamı olan "The Perfect Weapon" (“Mükəmməl silah”) kitabını yazıb və HBO onun əsasında eyni adlı sənədli film çəkib.

Qarantiyalanmış demokratiya deyə bir şey yoxdur

Bayden bir dəfə publisistik kitablardan Conatan Alterin Franklin Delano Ruzveltin prezidentliyinin ilk 100 günü haqda yazdığı “The Defining Moment” (“Həlledici an”) kitabının adını çəkib. Baydenin iş masasının ötən yay çəkilmiş fotosuna bu kitab da düşüb.

Oktyabrda isə o, Brene Brauna (Brene Brown) həmin kitabı “yenidən oxuduğunu” deyib. Bayden kitabda yazılan bir cümləni xüsusilə vurğulayıb: "Qarantiyalanmış demokratiya deyə bir şey yoxdur”.

Kitabın birinci fəslində Uolter Lippmann kimi adamlar Ruzveltə belə deyirlər: “Biz işləri düzgün qurmaq üçün diktatura yaratmalıyıq”. “Bu işlər avtomatik getmir. Biz hər gələn yeni nəsli yenidən qazanmalıyıq. Özü də mən əvvəllər düşünürdüm ki, bizim demokratiyamız əbədidir. Elə deyil. Görün indi nə baş verir”, – Brene Brauna deyib.

Qeyd edək ki, professor və publisist Brene Braun Şimali Amerikada çox populyar motivasiya kitablarının müəllifi və mühazirəçidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG