Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 18:29

Bayden dövlət qulluqçularının maska taxmasına çağırdı


Bayden bütün amerikalıların peyvənd olunmasına çağırsa da, deyib ki, federal hökumət işçilərindən vaksin statuslarını təqdim etmələri tələb olunacaq

ABŞ prezidenti Co Bayden iyulun 29-da deyib ki, federal qurumların COVID-19-a qarşı vaksin olunmamış işçiləri iş yerində maska taxmalı və sosial məsafə saxlamalı və ya test olunmalıdırlar.

Bayden bütün amerikalıların peyvənd olunmasına çağırsa da, deyib ki, federal hökumət işçilərindən vaksin statuslarını təqdim etmələri tələb olunacaq:

"Bizim COVID-in bu yeni dalğasının ötən il olduğu kimi biznesləri, məktəbləri və cəmiyyətimizi bağlamasının qarşısını almaq üçün alətlərimiz vardır”.

Amma bütün bunlarla yanaşı ABŞ-da hökumət siyasəti hələki hökumət qulluqçuları üçün vaksinlənməni məcburi etmir.

Bayden deyib ki, 164 milyon amerikalı 6 ay əvvəl başlanmış vaksin kampaniyasının gedişində peyvənd olunub, lakin indi ölkə koronavirusun daha yoluxucu variantı olan Delta ştammı ilə üz-üzədir.

Delta ştammı hazırda bütün dünya boyunca yoluxmalarda rekord faizə malikdir.

Bu da xəbər verilir ki, Baydenin göstərişi istər ölkə daxilində, istərsə də xaricdə işləyən amerikalı dövlət qulluqçularına şamil edilir.

Vaksinlənməyə tərəddüd artıb

Bundan bir gün əvvəl elan edilmişdi ki, Nyu Yorkda dövlət qulluqçuları ya sentyabrın əvvəllərindək vaksin olunmalı, ya da hər həftə COVID-19 testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

ABŞ-da ölkə boyunca özəl şirkətlər, xəstəxana administrasiyaları və universitetlər icbari vaksinlənmə tələbi tətbiq ediblər, lakin respublikaçıların rəhbərlik etdikləri azı 18 ştatda vaksin pasportları qadağan olunub və ictimai müəssisələrin adamlardan vaksin arayışı tələb etmələrinə icazə verilmir.

Texnologia nəhəngləri Facebook və Google şirkətləri bildiriblər ki, onlar son nəticə olaraq iş yerinə qayıdan bütün əməkdaşlarından tam vaksin olunmalarını tələb edəcəklər.

Lakin icbari vaksinləmə kampaniyası respublikaçıların və fərdi azadlıqların məhdudlaşdırılmasından narahat olanların müqaviməti ilə üzləşir.

Bu arada Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) hətta iki doza ilə vaksinlənmiş şəxslərin də qapalı yerlərdə maska taxmalarına dair tövsiyəsi müəyyən qıcıqlanma yaradıb.

İyulun 28-dən başlayaraq hökumət binalarında icbari qaydada maska taxılması qaydası tətbiq olunur.

Həkim: 'Azərbaycanda dördüncü dalğa başlayır, amma...'
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Qaydaları dəyişən Delta

Buna baxmayaraq CDC-nin hətta vaksinli şəxslərin də maska taxması tövsiyəsi ştat və yerlərin yurisdikdiyası ilə məcburi deyil.

CDC-nin tövsiyəsini kəskin tənqid edənlərdən biri də Florida ştatının respublikaçı qubernatoru Ron DeSantisdir.

İndiyədək bir neçə aydır ki, Birləşmiş Ştatlar sanki vaksinasiya kampaniyası ilə yoluxmaları cilovlaya bilmiş və bir çox yerlərdə karantin məhdudiyyətləri qaldırılmışdı.

Lakin ötən ay ərzində gündəlik yoluxmaların günə 57 minə çatması vaksinlərə inamsızlığı artırıb.

May ayında CDC bildirmişdi ki, vaksinlənmiş amerikalılar ictimai nəqliyyat və xəstəxanalardan başqa qalan bütün yerlərdə maskasız ola bilərlər.

Lakin indi qurumun rəhbərlərindən doktor Roşel Valenski deyib ki, təkrar maska tələbinə dönüş daha yoluxucu Delta ştammının geniş yayılmasına görədir.

Onun sözlərinə görə, bəzi hətta tam vaksinlənmiş adamlar da bu ştammı başqalarına yoluxdura bilərlər.

XS
SM
MD
LG