Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:54

ABŞ-ın keçmiş Rusiya səfiri MKİ direktoru vəzifəsinə nominasiya ediləcək


Uliyam Börns
Uliyam Börns

ABŞ-da prezident seçilmiş Co Bayden dünyanın diplomatik çevrələrində yaxşı tanınan Uilyam Börnsü Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə nominasiya edəcək.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri, 64 yaşlı Börns 33 il müddətində Dövlət Departamentində həm respublikaçı, həm də demokrat prezidentlərlə işləyib.

O 2014-cü ildə Carnegie Beynəlxalq Sülh Fonduna rəhbər getməzdən əvvəl dövlət katibinin müavini vəzifəsinə yüksələ bilib.

Əgər namizədliyi təsdiq olunarsa Börns MKİ direktoru vəzifəsinbdə ilk qadın direktor Gina Haspeli əvəz edəcək.

Haspeli bu vəzifəyə Donald Tramp təyin edib.

Tramp Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair Amerika kəşfiyyat qurumlarının qiymətləndirməsinə daim şübhə ilə baxıb.

Tramp habelə prezidentliyi dövründə yüksək peşəkarlığa malik kəşfiyyatçıları vəzifədən çıxarıb və onların yerinə az, bəzən isə heç təcrübəsi olmayanları təyin edib.

Kəşfiyyatçı olmasa da…

Börns heç vaxt kəşfiyyat zabiti olmamasına baxmayaraq, xaricdə bir çox kəşfiyyatçılarla işləyib.

Yanvarın 11-də internetlə etdiyi videomüraciətdə Börns bildirib ki, onun MKİ-dəki həmkarlarına böyük hörməti var.

O habelə kəşfiyyatı ölkənin ön müdafiə xətti və sağlam siyasi qərarların təməli adlandırıb.

Börns deyib ki, Baydeni və başqa rəhbərləri heç bir partiya maraqları güdmədən informasiya ilə təmin edəcək.

ABC News saytı yazır ki, bir çoxları MKİ rəhbərliyinə peşəkar kəşfiyyatçının təyin ediləcəyini gözləyirdi.

Bununla belə Börns xaricdəki diplomatik fəaliyyəti dövründə kəşfiyyat nümayəndələri ilə sıx işbirliyində olub.

O özünün dərin analtik təhlil qabiliyyətinə görə diplomatik və kəşfiyyat dairələrində böyük ehtirama malikdir.

“Partiyasız və siyasətsiz kəşfiyyat”

Bəzi şayiələrə görə Baydenin MKİ direktoru vəzifəsinə seçimi olacağı gözlənən kəşfiyyat peşəkarı Maykl Morrel Börnsü “yaxşı seçim” adlandırıb.

MKİ-də 34 il çalışmış İran üzrə ekspert Norman Rul isə deyib ki, Bill Börns təmizliyinə, ədalətliyinə və işçi qüvvəsinə sadiqliyinə görə böyük nüfuza malikdir.

Börns Trampın bütün prezidentliyi dövründə susmağa üstünlük versə də, 2017-ci ildən sonra prezident və onun administrasiyasının xarici siyasətini kəskin tənqid edən məqalələr yazıb.

Bayden yanvarın 11-də deyib ki, Börns onun “kəşfiyyat siyasətsiz olmalıdır” qənaətini bölüşən namizəddir.

Bundan əvvəl Börnsün Baydenin dövlət katibi üçün seçimi olacağı deyilirdi, amma bu vəzifəyə Entoni Blinken nominasiya edildi.

Börns diplomatik fəaliyyətə 1982-ci ildə başlayıb və 2005-ci ildə Rusiyaya səfir təyin edilənədək Uilyam Kristofer və Madlen Olbrayt kimi dövlət katiblərinin müavini vəzifələrində çalışıb.

Xəbərlərdə deyilir ki, Bayden administrasiyasında MKİ direktoru vəzifəsinin hökumət səviyyəli post olmayacağı gözlənilir.

MKİ direktoru vəzifəsi Corc Buşun dövründən, 2005-ci ildən kabinet vəzifəsi sayılmır, çünki 2001-ci ilin terror hücumlarından sonra bütün kəşfiyyat orqanlarına nəzarət edən Milli Təhlükəsizlik Agentliyi yaradılıb.

Tramp bu vəzifəni yenidən hökumət səviyyəli post etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG