Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 12:34

Bayden universitetlərdə müsbət diskriminasiyanın ləğvini pisləyib


ABŞ Ali Məhkəməsi qarşısında etiraz
ABŞ Ali Məhkəməsi qarşısında etiraz

ABŞ Prezidenti Co Bayden (Joe Biden) ölkənin ali təhsil ocaqlarına irqi mənsubiyyətə görə qəbulun ləğvinə qarşı çıxıb. Bu barədə qərarı Ali Məhkəmə iyunun 29-da qəbul edib. Sözügedən siyasət “müsbət diskriminasiya” adlanır.

Bayden çıxışında deyib ki, bu qərar onillər boyunca mövcud olmuş məhkəmə presedentindən geri çəkilməni göstərir. Prezident universitetləri tələbə seçimində etno-mədəni fərqliliyə ənənəvi sadiqlikdən imtina etməməyə çağırıb. O, müxtəlif faktorları nəzərə almağı tövsiyə edib. Buraya abituriyentlərin iqtisadi vəziyyəti və çətinlikləri, eləcə də üzləşdikləri irqi ayrıseçkilik daxildir.

“Amerikada diskriminasiya hələ də mövcuddur. Bugünkü qərar bunu dəyişmir. Məhkəmə, faktiki olaraq, müsbət diskriminasiyaya son qoydu və mən bu qərarla qətiyyən razı deyiləm”, – Bayden vurğulayıb.

ABŞ Prezidenti Ali Məhkəmənin “normal məhkəmə olmadığını” deyib. Belə ki, bu qurumun üzvlərinin altısı mühafizəkar, üçü liberaldır.

Ali Məhkəmənin qərarıyla tələbələrin irqi mənsubiyyətini nəzərə almaqla təhsil ocaqlarına qəbulu ləğv olunub. Hazırda bu proqramdan Harvard və Şimali Karolina Universitetlərində istifadə olunur. Hakimlər fəal Edvard Blyumun təsis etdiyi “Tələbələr ədalətli qəbul uğrunda” qrupunun xeyrinə qərar çıxarıb. O, universitetlərə qəbul prosesində diskriminasiyanın ləğvi proqramına qarşı çıxır.

“Amerikanın Səsi” qeyd edir ki, bu qərar universitetlərdə afroamerikalılar, latın amerikalıları və digər azlıqların təmsilçilərinin sayının artırılması siyasətindən imtina sayılır.

XS
SM
MD
LG