Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Bashar al-Assad Tehrana səfər edib


Suriya prezidenti Bashar Assad (solda) və İranın ali rəhbəri ayətüllah Ali Khamenei fevralın 25-də Tehranda görüşüblər
Suriya prezidenti Bashar Assad (solda) və İranın ali rəhbəri ayətüllah Ali Khamenei fevralın 25-də Tehranda görüşüblər

Prezident Bashar al-Assad ali rəhbər ayətüllah Ali Khamenei və prezident Hassan Rohani ilə görüşmək üçün İrana səfər edib.

Bu, Suriya liderinin ölkəsində vətəndaş münaqişəsi başlanandan bəri Moskvadan başqa səfər etdiyi ikinci xarici ölkədir.

Fevralın 25-də İran və Suriyanın xəbər agentlikləri bildiriblər ki, Assad İrana ona verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

2011-ci ildə başlanmış Suriya münaqişəsinə dair BMT-nin himayəsi altında bir neçə dövrədə danışıqlar aparılıb. Lakin bu danışıqlarda müxalifət və Assad rejimi arasında razılaşma əldə olunmayıb.

Rusiya, Türkiyə və İran Suriyada 7 ildir ki, davam edən münaqişəyə dərindən müdaxilə ediblər. Bu ölkələr Qazaxıstanın paytaxtı Astanada Suriya münaqişəsinin tənzimlənməsinə dair silsilə danışıqlar aparıblar.

Tehran və Moskva bu münaqişədə Assadı, Ankara isə antihökumət qiyamçılarını dəstəkləyir.

Tehran münaqişə başlanandan bəri Suriya hökumətinə milyardlarla dollarlıq yardım göstərib. Bundan başqa Suriyada rejimi dəstəkləyən İrana bağlı qüvvələr var.

Suriya televiziyası bildirib ki, Assad “İslam Respublikasının rəhbərliyinə və xalqına Suriya müharibəsi zamanı verdiyi dəstəyə görə minnətdarlığını bildirib”.

XS
SM
MD
LG