Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Baş nazirdən istilik sərəncamı


Novruz Məmmədov
Novruz Məmmədov

Azərbaycanın baş naziri Novruz Məmmədov ölkə ərazisində hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar sərəncam imzalayıb.

Bu haqda Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.

Sərəncam iyulun 4-də, 5-də, 6-da, 7-də hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanlarına, fiziki, hüquqi şəxslərin təsis etdikləri bütün müəssisə, idarə və təşkilatların, əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə yönəlib.

Onlardan Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2-ci əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etmələri istənilib.

Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə görə, havanın temperaturu azı 41 dərəcə selsidən çox olanda iş yerlərində fasilələr verilir və iş dayandırılır.

Məcəllənin 2-ci əlavəsinin 1-ci hissəsi də eyni məzmunludur. Həmin bınddə də vurğulanır ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda, digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır, işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Azərbaycan ərazisində bir həftəyə yaxındır ki, anomal istilər müşahidə olunur.

Bir neçə gündür ki, havanın temperaturu 40 dərəcə selsidən çox olsa da bir çox insanların iddialarına görə, hətta açıq havada, asfalt üzərində təmir-tikinti işləri belə davam etdirilib.Hərçənd rəsmilər bildiriblər ki, onlar saat 12-dən 16-ya qədər açıq havada yol infrasturukturlarında təmir-tikinti işlərinə imkan verməyiblər.
Yeri gəlmişkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah iyulun 5-də Bakıda 41, bəzi bölgələrdə 42 dərəcə isti olcaq.

XS
SM
MD
LG