Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:13

Senat Trump-ın namizədini baş prokuror təsdiq edib


William Barr
William Barr

Rusiyaya dair xüsusi prokuror Robert Mueller-in təhqiqatına necə nəzarət edəcəyindən narahatlıqlara rəğmən prezident Donald Trump-ın baş prokuror vəzifəsinə namizədi - William Barr, Senat tərəfindən təsdiq edilib.

Senat fevralın 14-də Barrın bu vəzifədə təsdiqlənməsinə 54-45 nisbəti ilə səs verib.

Senatdakı səsvermə Mueller-in təhqiqatı ilə bağlı sualların artmaqda olduğu bir vaxta təsadüf edir. Əlbəttə bu müddət ərzində Trump-ın özünün Vladimir Putin də daxil, Rusiya rəsmiləri ilə kommunikasiyalarına dair suallar da çoxalmaqdadır.

Keçmiş baş prokuror Jeff Sessions Rusiyanın 2016-cı il ABŞ seçksinə müdaxiləsini araşdıran təhqiqata nəzarətdən özünü kənarlaşdırmaqla prezident Trump-ın qəzəbinə düçar olmuşdu.

O sözü gedən təhqiqatda öz adının da çəkilməsi ilə bağlı Mueller-in araşdrımasına nəzarəti müavini Rod Rosenstein-ə həvalə etmişdi.

Senat komissiyası qarşısında verdiyi ifadə zamanı Barr bəyan edib ki, Mueller-in öz təhqiqatını başa çatdırması üçün ona imkan verilməsi “həyati əhəmiyyətli” məsələdir.

Lakin Barr bunu da demişdi ki, Konqres və ictimaiyyət Mueller təhqiqatının nəticələri ilə tanış ola bilməlidir. Hazırkı qanunlar bunu tələb etmir.

Mueller-in təhqiqatı Trump Ağ Evə gələndən bəri onun prezidentliyi üzərinə kölgə salıb.

Son günlərdə ABŞ mediası təhqiqat barədə daha çox suallar verməyə başlayıb.

The New York Times ötən həftə xəbər vermişdi ki, Trump 2017-ci ildə FTB-nin ovaxtkı direktoru James Comey-ni vəzifəsindən uzaqlaşdıranda, FTB prezidentin özünə dair əks-kəşfiyyat təhqiqatına başlayıbmış.

The Washington Post isə yazır ki, Trump Putinlə təkbətək görüşlərindəki söhbətin məzmununu gizlətməyə çalışıb.

Trump bu iddialara cavab olaraq bildirmişdi ki, o “heç vaxt Rusiyaya işləməyib”. Prezident Rusiya təhqiqatını “yepyekə uydurma” adlandırmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG