Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 18:33

Brigitte Bardot Putini heyvan haqlarına görə tənqid edir


Brigitte Bardot

Fransanın kino əfsanəsi və heyvan haqları fəalı Brigitte Bardot, onun təbirincə deyilərsə, Rusiyanın şəhərlərində heyvanlara qarşı qəddarlığı “vəhşilik” adlandırıb və heyvan qırımı proqramlarını kəskin tənqid edib.

83 yaşlı Bardot-un fondu fevralın 8-də yaydığı tvitdə Rusiya prezidenti Vladimir Putinə məktubun mətnini dərc edib. Bu məktubda Rusiyada sahibsiz heyvanların vəziyyətindən ciddi narahatlıq ifadə edilir.

Məktubda söhbət həm də Rusiyada həyata keçirilən “sanitar qırımı” proqramlarından gedir və qeyd olunur ki, “bu cür kütləvi qırğını qəbul etməklə siz vəhşiliyə tərəfdfar olursunuz”.

Bardot Putini bu “ürəkbulandırıcı qırğının” əvəzinə sterilizasiya proqramlarını həyata keçirməyə çağırır.

Bardot Putinə xatırladır ki, iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək Dünya Kuboku yarışı “beynəlxalq icmanın nəzərlərini sizə doğru yönəldəcək”.

O habelə ayılara, yenotlara, tülkülərə və porsuqlara ziyan vurulmasından narahatlıq bildirib.

Məktubda deyilir: “Köməksiz heyvanlar qəfəslərdə saxlanır və buradan yalnız təlimli itlər tərəfindən parça-parça edildikdən sonra buraxılır. Bu heyvanların xilası üçün yazılmış bütün petisiyalar hədər gedir. Bu ona görə baş verir ki, vəhşi heyvanların itlərlə ovu Rusiyada hələ də legitim sayılır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG