Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:30

Senator ABŞ-da seçki sisteminin dəyişdirilməsini təklif edib


Barbara Boxer
Barbara Boxer

Kaliforniya ştatından demokrat senator Barbara Bokser (Barbara Boxer) Seçici Kollegiyasının ləğvi və birbaşa prezident seçkilərinə keçməklə bağlı layihə təklif edib.

Bu barədə Fox News televiziya kanalı məlumat yayıb.

Bu təşəbbüsün müəllifləri hesab edirlər ki, indiki seçki sistemi köhnə və qeyri-demokratikdir.

Bokser bildirib ki, "biz dünyada prezident seçkisində ən çox səs alan və sonda məğlub ola bilən yeganə ölkəyik." (ardı aşağıda)

Seçici Kollegiyası nədir və ABŞ-da seçkinin qalibi necə müəyyən edilir - burada bax

ABŞ-da prezidenti necə seçirlər? Mürəkkəb prosesin sadə izahı
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

Qeyd edək ki, noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində demokratların namizədi Hillary Clinton respublikaçı rəqibi Donald Trumpdan çox səs toplasa da sonda Seçici Kollegiyasında daha çox səs topladığı üçün qalib oldu.

Qeyd edək ki, belə bir hal 2000-ci ildə respublikaçı Corc Buşla demokrat Əl Qorun mübarizə apardığı prezident seçkisində də eyni hal baş verib.

Həmin vaxt Əl Qor ümumilikdə daha çox səs toplasa da sonda respublikaçı Corc Buş qalib gəldi.

Donald Trump isə özünün Feysbuk səhifəsində yazıb ki, əgər seçki ümumi səsvermə əsasında keçirilsəydi, təbliğat yolu ilə Florida və Kaliforniya ştatlarında daha asanlıqla qalib gələrdi.

Amma televiziya kanalı bildirir ki, qanun layihəsinin keçməsinə şansçox azdır.

Çün ki, respublikaçılar konqresdə çoxluq təşkil edirlər.

Başqa bir tərəfdən isə əgər qanun layihəsi keçsə belə, ştatlardan ¾-ü 7 il ərzində bu düzəlişi ratifikasiya eləməlidir.

Qeyd edək ki, 4 il əvvəl Trump-ın özü də yazırdı ki, "Seçici Kollegiyası demokratiya üçün fəlakətdir".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG