Keçid linkləri

2026, 15 Mart, bazar, Bakı vaxtı 02:44

Trump-ın keçmiş baş strateqi ‘Rusiya məsələsinə’ görə dindirilir

Ağ Evin keçmiş baş strateqi Steve Bannon
Ağ Evin keçmiş baş strateqi Steve Bannon

The New York Times qəzetinin verdiyi xəbərə görə ABŞ prezidenti Donald Trump-ın keçmiş baş strateqi Steve Bannon böyük jüri qarşısında ifadə verməsi üçün dəvət edilib.

Məsələ barədə birbaşa məlumatı olan mənbə yanvarın 16-da qəzetə deyib ki, Bannon-a çağırış ötən həftə xüsusi prokuror Robert Mueller tərəfindən göndərilib. Mueller Rusiyanın 2016-cı il seçkisinə iddia olunan müdaxiləsi və Trump-ın yaxın çevrəsinin Rusiya ilə mümkün sövdələşməsini araşdırır.

Bəzi məlumatlara görə? Bannon-un dindirməyə dəvət edilməsi onun Mueller-in araşdırması ilə tam əməkdaşlığa təhrik edilməsi məqsədilə seçilmiş taktika da ola bilər.

Mueller-in sözçüsü bu barədə hər hansı şərh verməkdən imtina edib. Bannon-un vəkili ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bu barədə xəbərlər Bannon yanvarın 16-da ABŞ Konqresi Kəşfiyyat Komitəsinin qarşısında ifadə verdiyi əsnada yayılıb. Bu komitə də Rusiyanın 2016-cı il seçkisinə mümkün müdaxiləsini araşdırır.

Mueller-in apardığı təhqiqatın gedişində Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort və keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn də daxil dörd nəfərə qarşı ittiham irəli sürülüb.

XS
SM
MD
LG