Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Bank sektorunun öhdəlikləri cüzi azalıb


Azərbaycan Mərkəzi Bankı, foto arxiv
Azərbaycan Mərkəzi Bankı, foto arxiv

Bu ilin iyunun əvvəlinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 milyard 559 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yeni açıqlanmış məlumatında belə yazılır.

Palata bildirir ki, bankların kredit potfeli 11 milyard 552 mln. manat, cəmi öhdəlikləri isə 23 milyard 630 mln. manat olub.

Sektorun balans kapitalının 3 milyard 929 mln. manat, əhalinin əmanətlərinin isə 7 milyard 868 mln. manat təşkil etdiyi bildirilir.

Rəsmi rəqəmlərə görə, may ayı ərzində bank sektorunun aktivləri 0.3 faiz (92 mln. manat), öhdəlikləri 0.6 faiz (149 mln. manat) azalıb. Bankların kapitalının isə 1.5 faiz (57 mln. manat) artdığı bildirilir.

Palata bank sektorunda kredit aktivliyinin artmasının müşahidə olunduğunu, kredit portfelinin mayda 1.1 faiz (130 mln. manat) artdığını qeyd edir.

MBNP-nin bilgilərinə görə, hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir. Onların filiallarının sayı 511, şöbələrinin sayı isə 143-dür.

Bütövlükdə, bank sektorunun işçi heyəti may ayı ərzində 159 nəfər artaraq 16 662 nəfər təşkil edib. İlin əvvəlindən isə bank sektorunun işçi sayı 3 faiz (491 nəfər) artıb.

Xatırlatma

Son iki ildə isə Azərbaycanda 10-dan çox bank bağlanıb. Bu 2015-ci ildə baş verən iki devalvasiya nəticəsində ( manat 2 dəfə dəyər itirib) bankların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

XS
SM
MD
LG