Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 01:47

Bank sektoru zərərdədir


Aprelin əvvəlinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.9 milyard, öhdəlikləri isə 24. 0 milyard manat olub.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mayın 4-də açıqladığı statistik məlumatlarla xəbər verilir.

Həmin məlumatlara görə, bank sektorunun balans kapitalı 3.9 milyard manat, əhalinin əmanətləri isə 7.6 milyard manat olub.

Bir ayda, martda bank sektorunun aktivləri 2.1 faiz artıb. Bununla yanaşı, öhdəliklər də 2.3 faiz artıb.

Sektorun kapitalında isə cüzi, 0.4 faizlik artım qeydə alınıb.

Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləğində azalma olub. MBNP-nin məlumatlarına görə, depozitlərin ümumi məbləği 16 milyard 717 milyon manat təşkil edib .Bu, fevral ayından 2.5 faiz azdır.

Bank sektoru bu ilin ilk rübünü zərərlə başa vurub. MBNP-nin məlumatlarına görə, zərər 55 milyonmanat olub.

Bankların Mərkəzi Bank qarşısında öhdəliyinə gəlincə, MBNP qeyd edir ki, bu göstərici üzrə azalma qeydə alınıb.

Aprelin 1-də bankların AMB qarşısında öhdəliyi 499 milyon manat təşkil edib.

MBNP-nin verdiyi məlumatlara görə, hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir. Onların filiallarının sayı 511, şöbələrinin sayı isə 143-dür.

Bank sektorunun işçi heyəti isə 16 min 389 nəfər təşkil edib. Martda bank sektorunda işçi sayının 58 nəfər artdığı bildirilir.

XS
SM
MD
LG