Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

Kimin pulu 30 min manatdan çox deyilsə bu xəbərdən narahat olmaya bilər


Bank əmanətləri bata bilər? Deputat həyəcan qaldırır
Gözlə

No media source currently available

0:00 0:15:06 0:00

Bank əmanətləri bata bilər? Deputat həyəcan qaldırır

Bir ay sonra, martın 4-də “Əmanətlərin tam sığortalanması” üzrə qanun qüvvədən düşür. Yəni, həmin tarixdən sonra hansısa bir bank bağlansa, burda kimin əmanəti 30 min manatdan yuxarıdırsa, həmin 30 mini keçən hissə itə bilər.

Azərbaycan qanunvericiliyinə görə əmanətlərin 30 min manata qədər hissəsi sığortalanır. 2016-ci ildə isə “Əmanətlərin tam sığortalanması” haqda qanun qəbul edilib. Amma problem ondadır ki, bu yeni qanun yalnız 3 il müddətinə qüvvədədir. Martın 4-də həmin qanun qüvvədən düşür, yenidən əmanətlərin yalnız 30 min manatlıq hissəsinə təminat verilir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirir ki, 2015-ci ildən bəri bir çox vətəndaş əmanətinin sığortalanmayan hissəsini itirdi. Bu da əmanətçilərin banklara etimadını azaltdı. Belə bir zamanda “Əmanətlərin tam sığortalanması” haqda qanunun qüvvədən düşməsi bu sahədə narahatlığı daha da artırıb:

“Buna görə əmanətçilər bərk narahatdılar. Bəziləri hətta gedib banklardan əmanətlərini geri çəkirlər. Bəziləri əmanətlərini daha təhlükəsiz banka qoyurlar. Hərçənd ki, daha təhlükəsiz banklarda əmanətlər üçün faiz dərəcəsi aşağı olur. Bəziləri bir neçə banka əmanətini yatırır. Elələri də var ki, 30 min manatı keçməmək şərti ilə ailə üzvlərinin adına banklara yerləşdirirlər”.

Böhran yenidən yaşana bilər

Millət vəkili Vahid Əhmədov deyir ki, bu qanunun sayəsində vətəndaşlarda inam yarandı və onlar pullarını yenidən banklara qoymağa başladı. Onun sözlərinə görə, əmanətlərin az qala yarısı məhz “Əmanətlərin tam sığortalanması” haqda qanundan sonraya banklara etibar edilib:

“Bu 3 il müddət banklara ona görə verilmişdi ki, bu sahədə müəyyən sağlamlaşdırma prosesi aparsınlar. Çox təəssüflər olsun ki, biz bu sahədə ciddi nəticələrə nail ola bilmədik. Ötən 3 il ərzində qoyulan əmanətlərin həcmi 40 faizi ötür. Bu əmanətlər tam sığortalanmasa biz bank sektorunda çox ciddi problemlərlə üzləşə bilərik. Ona görə də mən Azərbaycan hökumətini ya yeni qanun qəbul etməyə, ya da indiki qanunun müddətini uzatmağa çağıraram”.

Vahid Əhmədov bildirir ki, indi vətəndaşlar əmanətlərini geri çəksə, 2019-cu ildə bank sektorunda yeni böhran başlaya bilər. Vətəndaşlar əmanətlərini banklardan geri çəkməyə başlasa, bank sektorunda 2015-ci ildəki durum təkrarlana bilər.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə noyabrın 1-də deyib ki, bu sahəyə neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, sabit məzənnə siyasəti üzərində qurulub.

Elman Rüstəmov ümid verir

Amma bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bank sektorunda durumu heç də ürəkaçan kimi qiymətləndirmir.

O deyir ki, 2016-ci ildə qəbul edilmiş “Maliyyə sektorunun inkişafı” strateji yol xəritəsində göstərilmişdi ki, bu sektorun sağlamlaşdırılması prosesi 2018-ci ildə yekunlaşmalıdır. Əkrəm Həsənov hesab edir ki, ötən müddətdə qarşıya qoyulan hədəflər gerçəkləşmədi:

“Bank sisteminin bu duruma düşməsinin elə əsas səbəbkarları bank sahibləri, bankı idarə edənlər və onlara nəzarət etməli olan dövlət orqanlarıdır. Heç bir zəmanət olmadan öz yaxınlarına, biznes tərəfdaşlarına kreditlər veriblər. Çox zaman bilərəkdən bu kreditləri problemli kreditlər siyahısına salınıb və qaytarılmayıb”.

Əmanətlərin tam sığortalanması” haqda qanuna Mərkəzi bankın sədri Elman Rüstəmov fevralın 1-də keçirdiyi mətbuat konfransında da toxunub. O bildirib ki, qanunun qüvvədə olma müddəti artırıla bilər.

Elman Rüstəmov da bu qanunun ölkədə maliyyə sabitliyinin qorunması üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, üç il müddətində bank sektorunda bütün lazımi işlər yekunlaşmalı idi. Amma işlərin bitməsinə bir qədər də vaxt lazımdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Sizcə, bankların işində nə dəyişməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

2015-ci ilin devalvasiyasından sonra Azərbaycanda 10-dan çox bankın lisenziyası ləğv olundu. Bu həmin bankların öz öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi.

Vətəndaşlara isə həmin banklarda yalnız sığortalanmış əmanətlər qaytarıldı. Son iki ildə bank sektorunda nisbi sakitlik olsa da, ekspertlər ən azı daha 3 bankın bağlanma riski ilə üz-üzə olduğunu deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG